12px13px15px17px
Tarix:30/07/12

Stiv Cobsa heykəl ucaldılır

Dünyanın ən məşhur informasiya texnologiyaları şirkəti olan “Apple” korporasiyasının  yaradıcısı Stiv Cobsa Ukraynada heykəl qoyulacaq. Belə ki, Odessa şəhərinin meriyası müxtəlif ali təhsil ocaqlarının bir qrup tələbələrinin tanınmış iş adamına heykəl qoyulması təşəbbüsü ilə etdiyi müraciəti müsbət qiymətləndirib.

Şəhər meriyasının məlumatında deyilir ki, artıq bunun üçün icazə verilib və hətta universitetlərin birinin yataqxanasının arxasında 2 metr hündürlüyündə olan heykəlin ucaldılması üçün yer də ayrılıb.

Meriya heykəli tələbələrin özlərinin cəlb etdiyi vəsait hesabına qoyacaq və hətta bunu “müasir bir addım” kimi də qiymətləndirir. Heykəl “Çox sag ol, Stiv” adlanacaq.

Qeyd edək ki, Stiv Cobs dünyaca tanınmış “Apple” şirkətinin qurucusu və İdarə Heyətinin rəhbəri idi. O, ötən ilin 5 oktyabr tarixində 56 yaşında xərçəng xəstəliyindən vəfat edib.
 




Baxış sayı: 507

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Aprel 2024

28 04 2024