12px13px15px17px
Tarix:30/07/12

48 saat ərzində “Mac OS X 10.8” əməliyyat sisteminin 2 milyondan çox surəti yüklənib

Yeni “Mac OS X Mountain Lion” əməliyyat sisteminin (ƏS) çıxarılması anından keçən iki gün ərzində  yükləmələrin sayı 2 milyonu ötüb. Hazırda “Mountain Lion” ƏS-nin “Mac” bazarındakı payı təxminən 3,2 faiz təşkil edir. “Chitika” şirkətinin dərc etdiyi statistikada belə qeyd edilib.

Bildirək ki, “Mountain Lion” ƏS-i açıq girişdə iyulun 25-də yerləşdirilib və hazırda onu rəqəmli formatda “Apple App Store” internet mağazasından 20 dollara əldə etmək olar.

“ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, hazırda “Snow Leopard” (10.6) 45,5 faiz bazar payı ilə “Mac OS X” arasında liderdir.Qeyd edək ki, “Apple” şirkəti hələ ki “Mountain Lion” ƏS-nin  yükləmələrinin sayı haqqında məlumat verməyib.



 
EMİL




Baxış sayı: 1479

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024