Tarix:30/07/12
“ICTnews.az” elektron xəbər xidməti “rnd.cnews.ru” saytına istinadən bildirir ki, layihə son təsdiqlənmə mərhələsindədir və aparatın quraşdırılması və orbitə buraxılmasına 22,6 milyon dollar ayrılması haqqında qərarın təsdiqlənməsi gözlənilir.
Kosmik aparat orbitə Şrixarikota adasında yerləşən kosmodromdan Hindistanın “PSLV” raket-daşıyıcısı vasitəsilə buraxılacaq. Hazırda Hindistanın “ISRO” kosmik agentliyi raketin mühərrikinin təkmilləşdirilməsi üzərində çalışır.
Hindistanın Mars planetinə orbital missiyası qırmızı planetdə həyat axtarışları, onun iqlimi və geologiyasının araşdırılmasına köklənəcək. Kosmik aparatda 9 ədəd elmi avadanlıq göndəriləcək, lakin hindistanlı alimlər qeyd ediblər ki, onların sayı çəkiyə qənaət edilməsi səbəbindən azaldıla bilər. Hələ ki Mars planetinə 25 kq ağırlığında elmi avadanlıq göndərmək planlaşdırılır.
EMİL
Hindistan Marsa planetlərarası zond göndərməyi planlaşdırır
Hindistanlı alimlər Mars planetinə birinci missiyanın göndərilməsi üçün hökumətin icazəsini gözləyirlər. İcazə alındıqdan sonra 2013-cü ilin oktyabrında Mars planetinə planetlərarası zond göndəriləcək. Sözügedən zond qırmızı planeti orbitdən araşdıracaq.“ICTnews.az” elektron xəbər xidməti “rnd.cnews.ru” saytına istinadən bildirir ki, layihə son təsdiqlənmə mərhələsindədir və aparatın quraşdırılması və orbitə buraxılmasına 22,6 milyon dollar ayrılması haqqında qərarın təsdiqlənməsi gözlənilir.
Kosmik aparat orbitə Şrixarikota adasında yerləşən kosmodromdan Hindistanın “PSLV” raket-daşıyıcısı vasitəsilə buraxılacaq. Hazırda Hindistanın “ISRO” kosmik agentliyi raketin mühərrikinin təkmilləşdirilməsi üzərində çalışır.
Hindistanın Mars planetinə orbital missiyası qırmızı planetdə həyat axtarışları, onun iqlimi və geologiyasının araşdırılmasına köklənəcək. Kosmik aparatda 9 ədəd elmi avadanlıq göndəriləcək, lakin hindistanlı alimlər qeyd ediblər ki, onların sayı çəkiyə qənaət edilməsi səbəbindən azaldıla bilər. Hələ ki Mars planetinə 25 kq ağırlığında elmi avadanlıq göndərmək planlaşdırılır.
EMİL
Baxış sayı: 988
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet