12px13px15px17px
Tarix:01/08/12

“Microsoft” korporasiyası “Outlook” poçt xidmətini istifadəyə verib

“Microsoft” korporasiyası brauzerdən videozəng edilməsi imkanına malik “Outlook” poçt xidmətini təqdim edib. Bu barədə iyulun 31-də “Outlook”un rəsmi bloqunda bildirilib.

“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən  bildirir ki, “Outlook” poçt xidmətinin dizaynı “Metro” stilində hazırlanıb. İstifadəçilər məktublara tikilmiş təsvir, sənəd və “YouTube” videoçarxlarına birbaşa brauzerdə baxa bilərlər.

Xidmətə, həmçinin sosial şəbəkələrdən profillər qoşmaq və brauzerdən “Skype” hesabı vasitəsi ilə videoçat qurmaq olar.

“Microsoft” digər poçt xidmətinə də malikdir. “Hotmail” istifadəçiləri öz hesablarını ünvan, məktub və kontaktlarını saxlamaqla “Outlook”a daşıya bilərlər. Yeni poçt xidməti ünvanları “@outlook.com” domenində qeydiyyatdan keçirməyə imkan yaradır.“Hotmail” poçt xidməti 1996-cı ildə istifadəyə verilib. Hazırda 324 milyon istifadəçi ondan istifadə edir.
 
EMİL




Baxış sayı: 1462

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024