Tarix:02/08/12
“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “NetQin” antivirus şirkətinin hesabat məlumatına əsasən, cari ilin iyununda kəskin virus fəallığı qeydə alınıb. Yalnız 1 ay ərzində təxminən 3,7 milyon mobil telefon virusa yoluxdurulub. Bundan əlavə, ekspertlər həmin dövrdə “Android” platforması üçün hazırlanmış görünməmiş sayda (5582) ziyanverici proqram aşkar ediblər.
“NetQin” şirkətinin məlumatlarına əsasən, “Google”-un mobil platforması əsasında işləyən smartfonlar şirkətin 2012-ci ilin birinci yarısında aşkar etdiyi virusların 78 faizi üçün hədəf olub. Mütəxəssislər tərəfindən aşkar edilmiş digər ziyanverici proqramların əksəriyyəti “Symbian” əməliyyat sistemi ilə işləyən aparatlar üçün hazırlanıb. Qeyd edək ki, 2011-ci ilin müvafiq dövründə digər vəziyyət müşahidə olunurdu; o zaman aşkar edilmiş mobil virusların əksəriyyəti ”Nokia” platforması üçün nəzərdə tutulmuşdu.
EMİL
Mobil viruslar sürətlə artır
Mobil qurğular üçün nəzərdə tutulmuş ziyanverici proqramların sayı sürətlə artmağa davam edir. Çinin “NetQin” antivirus şirkətinin məlumatına görə, 2012-ci ilin birinci yarısında dünyada təxminən 13 milyon mobil telefon virusa yoluxub. Bu, 2011-ci ilin müvafiq dövründə qeydə alınmış göstəricidən 177 faiz yuxarıdır.“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “NetQin” antivirus şirkətinin hesabat məlumatına əsasən, cari ilin iyununda kəskin virus fəallığı qeydə alınıb. Yalnız 1 ay ərzində təxminən 3,7 milyon mobil telefon virusa yoluxdurulub. Bundan əlavə, ekspertlər həmin dövrdə “Android” platforması üçün hazırlanmış görünməmiş sayda (5582) ziyanverici proqram aşkar ediblər.
“NetQin” şirkətinin məlumatlarına əsasən, “Google”-un mobil platforması əsasında işləyən smartfonlar şirkətin 2012-ci ilin birinci yarısında aşkar etdiyi virusların 78 faizi üçün hədəf olub. Mütəxəssislər tərəfindən aşkar edilmiş digər ziyanverici proqramların əksəriyyəti “Symbian” əməliyyat sistemi ilə işləyən aparatlar üçün hazırlanıb. Qeyd edək ki, 2011-ci ilin müvafiq dövründə digər vəziyyət müşahidə olunurdu; o zaman aşkar edilmiş mobil virusların əksəriyyəti ”Nokia” platforması üçün nəzərdə tutulmuşdu.
EMİL
Baxış sayı: 1498
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Balmer söz verdi: Windows 8 2012-ci ildə çıxacaq
- Planşet və riderlər 3G/4G modemlərlə
- Zəlzələ çip bazarına təsir edib
- Planşet Windows 8 nümayiş olunub
- HTC özünü ən böyük Android istehsalçısı adlandırıb
- Windows 8 yeni kompüterin alınmasını tələb etməyəcək
- 2015-ci ilə yüklənmiş proqramların sayı 48 milyarda çatacaq
- Internet Explorer 9 artıq Azərbaycan dilində
- Şirkətlərin 1 çoxu IPv6 protokoluna keçidə hazır deyil
- “Nokia” şəxsi messencerini istifadəyə verib
- Ən yaxşı proqramlar
- Britaniyalı tələbə “Apple”i plagiatlıqda ittiham edib
- “Microsoft” məhsullarındakı boşluqları aradan qaldırıb
- Xüsusi proqramla təchiz edilən səsli işıqforlar
- “Office 365” "bulud" xidməti istifadəyə veriləcək (VIDEO)