12px13px15px17px
Tarix:03/08/12

London Olimpiadası başlayandan 67 min mobil telefon yoxa çıxıb

London Olimpiadası başlayandan bu yana 67 min mobil telefon ya itirilib, ya da oğurlanıb. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, ingilislərin təhlükəsizlik tədbirləri son dərəcə səmərəsiz olub. Olimpiada zamanı itirilən telefonların sayı ilə əlaqədar araşdırma aparan Venafi təhlükəsizlik xidməti sözügedən şok rəqəmi açıqlayıb.

Bildirilir ki, itirilən və ya oğurlanan telefonların içərisində təxminən 215 terrabayt fayl olub. Onların da əksəriyyəti telefonun sahibi üçün böyük əhəmiyyət kəsb edir. Bu, hələ son da deyil. Çünki itirilən və ya oğurlanan mobil telefonların sayının artacağı istisna olunmur.







SEYMUR




Baxış sayı: 628

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024