12px13px15px17px
Tarix:06/08/12

Yeni texnologiyalar əsasında enerji mənbələrindən istifadə imkanları qiymətləndirilib

 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya idarəsi Almaniya İqtisadi Tədqiqatlar İnstitutu (DIW econ) ilə əməkdaşlıq çərçivəsində ARDNŞ-nin sənaye sahələrində mövcud texnologiyaların enerji səmərəliliyi, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrindən istifadə imkanlarını qiymətləndirib və müvafiq təkliflər işləyib hazırlayıb.

Bu barədə idarədən verilən məlumatda deyilir. Məlumatda bildirilir ki, 2012-ci ildə bu əməkdaşlıq atmosferə atılan istilik effekti yaradan qazların inventarlaşdırılması ilə bağlı monitorinq sisteminin təkmilləşdirilməsi ilə davam etdirilir. Atmosferə atılan istilik effekti yaradan qazların miqdarının hesablanması üzrə mövcud olan monitorinq sisteminin təkmilləşdirilməsi üçün ARDNŞ-nin müəssisələrində, əməliyyat şirkətləri və birgə müəssisələrin neft-qaz əməliyyatları aparılan sahələrində sərf olunan yanacaq və digər texnoloji proseslərdə yaranan qazlar, sızmalar və itkilər haqqında məlumatlar Ekologiya İdarəsi tərəfindən toplanılacaq.

Toplanmış məlumatlara əsasən, metodikalardan istifadə etməklə monitorinq sistemi üçün yaradılmış proqram təminatının daha da təkmilləşdirilməsi üzərində işlər aparılacaq. Monitorinq sisteminin təkmilləşdirilməsi istehsalat sahələrindəki mənbələrdən atmosferə atılan tullantıların azaldılması istiqamətində lazımi tədbirlərin görülməsi üçün daha konkret təkliflərin verilməsinə imkan yaradacaq.

Qeyd edək ki, Ekologiya İdarəsi 2010-cu ildən "DIW econ" ilə "ARDNŞ-nin iqlim dəyişmələrinə təsirin azaldılması üzrə strategiyası"nın inkişaf etdirilməsi layihəsi üzrə əməkdaşlıq edir.

RƏVAN



Baxış sayı: 854

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024