12px13px15px17px
Tarix:06/08/12

Qoyunlar çobanı “SMS” vasitəsilə köməyə çağıracaq

İsveçrəli bioloqlar çobanı canavarların hücumu haqqında  xəbərdarlıq edəcək sistemi sınaqdan keçirməyə  başlayıb. Bunun üçün qoyunlara birləşdirilmiş simsiz datçiklərdən istifadə ediləcək. Qurğunun 2012-ci ilin payızında işıq üzü görəcəyi gözlənilir.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, sistemin fəaliyyət mexanizmi sadədir: bioloqların sözlərinə görə, canavarların hücumu zamanı qoyunların ürək döyüntülərinin tezliyi 60-80-dən 225-ə qədər artır. Ürək döyüntüsünün artmasını qeyd edən qurğu çobana “SMS”  göndərəcək.

Qoyunların müdafiəsi proqramına Fransa və İsveçrə sərhədində yerləşən çəmənlərdə otlayan sürülər daxildir. Məhz bu ərazidə yüzillik fasilədən sonra canavarların qayıdışı qeydə alınıb və onlar yerli təsərrüfata xeyli ziyan vura bilərlər.




EMİL




Baxış sayı: 5285

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






14 Oktyabr 2024

13 10 2024