12px13px15px17px
Tarix:07/08/12

Çin vətəndaşı onlayn-oyuna görə 38 kiloqram qızıl satıb

Çin vətəndaşı ona etibar edilmiş 38 kiloqram (kq) qızılı satdıqdan sonra oğurluq hadisəsi haqqında polisə məlumat verib. Araşdırma nəticəsində məlum olub ki, o, həmin pulu (təxminən 941 min dollar) populyar  “MMORPG” onlayn-oyunlarından birinə xərcləyib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, qızıl külçələr çinli mister Conqa məxsusdur. Kişi 38 kq qızılı saxlamaq üçün qardaşı oğluna verib. O isə il boyunca külçələri daim müsadirə edərək onları satıb və şəxsi ehtiyaclarına xərcləyib.

Conqa nağd vəsait lazım olduqda isə o, bu barədə qohumuna bildirib. Sonuncu isə oğurluq haqqında polisə məlumat verdiyini qeyd edib. Hakimiyyət nümayəndələri işin üstünü tez açıblar və  şübhəli şəxs hazırda həbsxanadadır.



 
EMİL




Baxış sayı: 3086

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024