12px13px15px17px
Tarix:08/08/12

“Nar Mobile”-ın jurnalistlər üçün elan etdiyi yazı müsabiqəsi davam edir

“Nar Mobile”-ın Milli Mətbuat Günü ilə əlaqədar olaraq jurnalistlər arasında “Azərbaycanın rabitə sahəsinin inkişafında xüsusi töhfəsi olan insanlar” mövzusunda elan etdiyi yazı müsabiqəsi davam edir. Müsabiqə 21 iyul - 21 avqust 2012-ci il tarixləri arasında keçirilir və avqust ayının 27-də ekspertlərin yekun rəyi ilə qaliblər elan olunacaq.
 
Xatırladaq ki, müsabiqənin şərtlərinə görə, yazılar müsabiqə keçirilən müddət ərzində təqdim olunmalı və şərtlərdə göstərilən KİV orqanlarının birində dərc və ya yerləşmə olmalıdır. Məqalələrin təqdim olunmasından sonra, münsiflər bir neçə gün ərzində yazıları qiymətləndirəcək və yekun qərar veriləcək.

Sonda 1-ci yerin qalibinə “Samsung Galaxy SIII”, 2-ci və 3-cü yerləri tutmuş qaliblərə isə dəyərli hədiyyələr təqdim olunacaq.
 
Müsabiqənin şərtləri:

Müsabiqədə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən qeydiyyatdan keçmiş KİV orqanlarında - informasiya agentliyi, portal, qəzet, jurnallarda çalışan jurnalistlər iştirak edə bilər;Müsabiqə 21 iyul - 21 avqust 2012-ci il tarixləri arasında keçiriləcək;Yazılar müsabiqə keçirilən müddət ərzində təqdim olunmalıdır və şərtlərdə göstərilən KİV orqanlarının birində dərc olunmalıdır; İştirakçılara yaş məhdudiyyəti qoyulmur;

Yazını təqdim edərkən müəllif öz adını və soyadını, çalışdığı KİV orqanını, yazının dərc (yerləşmə) olunduğu KİV orqanının bir nüsxəsini və ya sayt olduğu halda linkini göstərmək şərti ilə “corpcom@azerfon.az” email ünvanına təqdim etməlidir.

 
RƏVAN




Baxış sayı: 828

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024