12px13px15px17px
Tarix:08/08/12

Naxçıvan Teleradiosunun fəaliyyəti müzakirə edilib

Naxçıvan Muxtar Respublikasında (MR) teleradio fəaliyyəti müzakirə edilib. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, Naxçıvanın Dövlət Televiziya və Radio Verilişləri Komitəsində IV çağırış Naxçıvan MR Ali Məclisinin V sessiyasında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və 2012-ci ilin birinci yarısında görülmüş işlərə həsr olunan kollegiya iclası keçirilib. İclasda komitə sədri Ramiz Qurbanov televiziyada 2012-ci ilin I yarısında görülmüş işlər haqqında məruzə ilə çıxış edərək bildirib ki, hazırda Naxçıvan Teleradiosunun avadanlıqları HD formatlı yüksək keyfiyyətli son texnologiyaya əsaslanır.

Onun sözlərinə görə, 2012-ci ilin Naxçıvan MR-də “Milli dəyərlər ili” elan edilməsi ilə əlaqədar ötən 6 ayda televiziyada bu mövzuda 240 veriliş hazırlanıb, efirə təqdim olunub. Cari ilin yarımilliyində televiziyada 935 veriliş və proqram hazırlanıb, 23 sənədli film, 3 canlı təbiət, 1 tamaşa dublyaj edilib. “Sənətin Bəhruz zirvəsi” adlı 1 sənədli film, “Ömrün naxışları” və “Nəsillərə nümunə: Qayğı dolu ömür yolu” adlı 2 televiziya filmi çəkilərək tamaşaçıların ixtiyarına verilib.

Naxçıvan MR Televiziya və Radio Şurasının üzvü Fərasət Əsədullasoy Muxtar Respublikada televiziya və radio yayımı haqqında qanunvericiliyə düzgün əməl olunması istiqamətində həyata keçirilən işlərdən danışaraq onların kəmiyyət və keyfiyyət təhlili haqqında məlumat verib.

SEYMUR




Baxış sayı: 913

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024