12px13px15px17px
Tarix:09/08/12

Vətəndaşlar elektron xidmətlərlə bağlı müraciətlərə üstünlük verib

2012-ci ilin iyul ayı ərzində Vergilər Nazirliyinin “195” Telefon Məlumat Xidmətinə 28976 müraciət daxil olub. “ICTnews” elektron xəbər xidmətinin VN-ə istinadən verdiyi məlumata görə, bu müraciətlərin 13959-u müfəttiş-operatorlar tərəfindən canlı rejimdə, 15017-si elektron operator tərəfindən avtomatik rejimdə cavablandırılıb.

Bundan əlavə, mesaj xidməti vasitəsilə 200249 vergi ödəyicisi məlumatlandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 dəfə çoxdur.

Hesabat dövründə vergi ödəyicilərindən daxil olan müraciətlər sırasında elektron xidmətlərlə (25,4%) və vergi ödəyicilərinə göndərilmiş mesajlarla bağlı müraciətlər (13,1%), vergi növləri (12,3%), qeydiyyat  prosesi (11,2%), hesabatlar və onların doldurulma qaydaları (10,6%), büdcə, vergi ödəyiciləri və vergi orqanlarının rekvizitləri (9,8%)  barədə məlumatların əldə edilməsi ilə bağlı müraciətlər üstünlük təşkil edib.

Hesabat dövründə sual xarakterli müraciətlərin 98,9%-i müfəttiş-operatorlar tərəfindən birbaşa cavablandırılmış, 1,1%-i barədə isə müvafiq araşdırılma aparılması üçün sual vərəqəsi tərtib edilib.
72 müraciət araşdırılması üçün aidiyyəti üzrə göndərilib.
 
CAHANGİR





Baxış sayı: 748

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024