12px13px15px17px
Tarix:09/08/12

“Microsoft” heç nə etmədən pul qazanır

“Microsoft” korporasiyası mobil seqmentdən əldə etdiyi mənfəət göstəricilərinin həcmini rəsmi şəkildə açıqlamır. Şirkət bunu etsəydi belə, çətin ki həmin məbləğə lisenziya ayrılmalarının həcmini daxil edərdi.

“Samsung” və “HTC” şirkətləri yalnız son rübdə "quqlfon" satışlarından “Microsoft”un hesabına təxminən 800 milyon dollar köçürüblər. Məsələ ondadır ki, “Android” platformasında proqram nəhənginin bəzi texnologiyaları istifadə edildiyindən o, vergi alır.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, “HTC” şirkəti “Android” platforması ilə işləyən hər qurğu satışlarından “Microsoft” korporasiyasına 10 dollar həcmində lisenziya ayrılması ödəyir. “Samsung” isə təxminən 10-12 dollar ödəyir.

Beləliklə, yalnız bu iki şirkət “Microsoft”un büdcəsinə 800 milyon dollar qazandırır. Qeyd edək ki, proqram nəhənginin digər şirkətlərlə də belə lisenziya sazişləri var.
 
EMİL




Baxış sayı: 766

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024