12px13px15px17px
Tarix:09/08/12

Yerli bankın POS-terminalları vasitəsilə aparılan əməliyyatların sayı artıb

Azərbaycan Beynəlxalq Bankının aktiv plastik kartlarının sayı son bir ildə 20 faiz artaraq cari il iyulun 1-nə 2 milyon 153 min 338-ə çatıb. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə bankın məlumatında deyilir.  

Bankın POS-terminalların sayı 4 min 454-ə çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,3 faiz çoxdur.

Cari ilin birinci yarısında bankın plastik kartları üzrə aparılan əməliyyatların sayı 11,2 milyon, əməliyyatların həcmi isə 1,74 milyard manata bərabər olub. Əməliyyatların 96,4 faizi, həcmin isə 95,6 faizi ölkədaxili əməliyyatların payına düşüb. Yanvar-iyun ayları ərzində POS-terminallar vasitəsi ilə aparılan əməliyyatların sayı 914 minə bərabər olub ki, bu da nəzərdə tutulandan 33,8 faiz çoxdur.
 



CAHANGİR




Baxış sayı: 797

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024