Tarix:09/08/12
“ICTnews” elektron xəbər xidmətinin Azərbaycan İntellektual Oyunlar Federasiyasına istinadən verdiyi məlumata görə, federasiyanın dəstəyi ilə yaradılan klubda “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq” və “Xəmsə” kimi intellektual oyunlar üzrə mütəmadi yarışlar təşkil olunacaq.
"Dünyaya Pəncərə" Biləsuvar Gənclərinin İctimai Birliyi sədri Ziya Bağırovun sözlərinə görə, yeni yaradılan klub artıq indidən iddialıdır. O, avqustun 11-də Biləsuvarda ilk rayon çempionatının baş tutacağını qeyd edərək, yarışda 8 komandanın çıxış edəcəyini deyib.
Ümumiyyətlə, Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə Quba, Beyləqan, Sabirabad və Göygöldə intellektual klublar yaradılıb. Tezliklə digər regionlarda da intellektual klubların yaradılması gözlənilir.
CAHANGİR
Azərbaycanın daha bir regionunda intellektual klub təsis edilib
"Dünyaya Pəncərə" Biləsuvar Gənclərinin İctimai Birliyi və Xəzər İntellektual Gənclər Klubu Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının həyata keçirilməsi istiqamətində Biləsuvarda intellektual klub təsis ediblər.“ICTnews” elektron xəbər xidmətinin Azərbaycan İntellektual Oyunlar Federasiyasına istinadən verdiyi məlumata görə, federasiyanın dəstəyi ilə yaradılan klubda “Nə? Harada? Nə zaman?”, “Breyn-rinq” və “Xəmsə” kimi intellektual oyunlar üzrə mütəmadi yarışlar təşkil olunacaq.
"Dünyaya Pəncərə" Biləsuvar Gənclərinin İctimai Birliyi sədri Ziya Bağırovun sözlərinə görə, yeni yaradılan klub artıq indidən iddialıdır. O, avqustun 11-də Biləsuvarda ilk rayon çempionatının baş tutacağını qeyd edərək, yarışda 8 komandanın çıxış edəcəyini deyib.
Ümumiyyətlə, Azərbaycan İntellektual Oyunlar Federasiyasının dəstəyi ilə Quba, Beyləqan, Sabirabad və Göygöldə intellektual klublar yaradılıb. Tezliklə digər regionlarda da intellektual klubların yaradılması gözlənilir.
CAHANGİR
Baxış sayı: 777
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet