12px13px15px17px
Tarix:10/08/12

“Chrome” brauzerinin təhlükəsizliyini gücləndiriblər

Chrome" brauzeri üçün "Flash Player" plaqini artıq "qumqabı"nın  (sandbox) daxilində icra olunacaq. "Qumqabı" sistem proseslərini təcrid edən və ziyanverici kodun yayılmasını çətinləşdirən təhlükəsiz mühitdir. Bundan sonra brauzerin "Windows XP" əməliyyat sistemi (ƏS) üçün 21-ci versiyasında belə müdafiə mövcud olacaq.

"ICTnews.az" elektron xəbər xidməti "vesti.ru" saytına istinadən  bildirir ki, artıq "Flash" elementlərdən ibarət saytlara baxmaq  daha təhlükəsiz olacaq. "Flash artıq "sandbox"-un daxilində icra olunur və "Chrome" digər brauzerlərlə müqayisədə daha etibarlı oldu" – "Chromium" layihəsinin bloqunda "Google" şirkətinin təhlükəsizlik sahəsi üzrə mütəxəssisi Castin Şux bildirib.

Qeyd edək ki, "Chrome" "Flash Player" plaqinini "qumqabı"da icra edən birinci brauzer olub. "Chrome 21" brauzeri çıxarılana qədər   təhlükəsiz mühit daxilində icra olunan "Adobe" plaqini yalnız "Vista" və ya "Windows 7" ƏS-i ilə işləyən  kompyuterlər üçün əlçatan idi. Şuxun sözlərinə görə, 100 milyondan çox "Windows XP" istifadəçisi "Chrome" brauzerinə üstünlük verir.Həmçinin bildirək ki, "Google" artıq "Chrome" brauzerinin "Windows 8" ƏS-i üçün versiyasını hazırlayır.
 
EMİL




Baxış sayı: 1337

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024