12px13px15px17px
Tarix:16/07/11

“İntel” şirkətinin 320 seriyalı “SSD” disklərində qəribə defekt aşkar edilib

“İntel” korporasiyası 320 seriyalı sərt daşıyıcılarda defekt olmasını təsdiqləyib. Mart ayında elan edilən 320 seriyalı “SSD” disklər çoxsəviyyəli hüceyrə (MLC) texnologiyası üzrə hazırlanıb. 1,8 düym daşıyıcılar 80, 160 və 300 QB tutur; 2.5 düym form-faktorunda olan məmulatlar, həmçinin 40, 120 və 600 QB versiyalarda təklif edilir. Modifikasiyadan asılı olaraq informasiyanın oxunma sürəti 200-dən 270 Mb/s-yə, yazma sürəti 45-dən 220 Mb/s-yə qədər təşkil edir. Anlaşılmayan səbəbdən 320 seriyalı “SSD” diskin tutumu qəflətən 8 MB-a qədər azala bilər. İlkin məlumatlara görə, defekt təchizat nasazlığı və ya sistem səhvindən qaynaqlanır.
Problemlə rastlaşmış bəzi istifadəçilər nasaz daşıyıcını “HDDErase” kimi ixtisaslaşdırılmış utilitlərin köməyi ilə ilkin tutuma qaytara biliblər, lakin daşıyıcıdakı məlumatlar itib. “İntel” şirkəti hələ bu problemin (8MB bug) nədən - aparat nasazlığı və ya proqram təminatı natamamlıqları yarandığını aşkar edə bilməyib. Zərərçəkənlərə texniki dəstək xidmətinə müraciət etmək tövsiyə edilir.


hard.compulenta.ru



Baxış sayı: 921

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024