12px13px15px17px
Tarix:13/08/12

Bu gün dünyada ilk rəngli televiziya verilişinin yayımlandığı gündür

1928-ci il avqustun 13-də əsası şotlandiyalı alim Con Berd tərəfindən qoyulmuş Avropa səhmdar şirkətinə məxsus radiostansiya vasitəsilə Londonda efirdə birinci rəngli televiziya verilişi yayımlanıb.

"ICTnews.az" elektron xəbər xidməti "calend.ru" saytına istinadən bildirir ki, Berdin televiziya sistemi müasir televiziyadan çox fərqlənirdi. O, dəlikli metal diskdən istifadə edilməklə mexaniki skanetmə sisteminə əsaslanırdı.

Berdin sisteminin üstünlüyü ondan ibarət idi ki, ekran daha az ayırdetmə qabiliyyətinə malik olduğundan televiziya təsvirlərini adi ortadalğalı radiosistemdən istifadə edərək ötürmək olurdu. Berd "BBS" şirkətinin radiosistemindən istifadə edərək təsviri ötürə bilirdi. İxtiraçı dünyada ilk dəfə olaraq televiziya təsvirini nümayiş etdirib. Kiçik, təxminən poçt markası ölçüsündə olan təsvir zəif və sayrışan idi.

Berd qurğusunu ilk dəfə 1924-cü ildə Londondakı univermaqlardan birində nümayiş etdirib. Lakin ixtiraçı yarımtonların ötürülməsinə nail ola bilmədi və ekranda sifətlərin əvəzinə yalnız siluetlər əks olunurdu.

1926-cı ildə yorulmaq bilməyən şotlandiyalı təkrar cəhd etdi; bu dəfə alındı, tamaşaçılar heyrətlənmişdilər.

EMİL



Baxış sayı: 1075

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024