12px13px15px17px
Tarix:14/08/12

Norveçli qadın 42 düymlü televizoru necə oğurladı?

Oslo şəhərinin polisi norveçli qadını saxlayıb. Belə ki, norveçli qadın 42 düymlü plazma televizoru yubkasının altında gizlədərək mağazadan oğurlayıb. Təəssüf ki, qadının o ağırlıqda qurğunu necə saxladığı haqqında informasiya yoxdur.

Qadının tək olmadığı bildirilib. Belə ki, həyat yoldaşı ona avtobus dayanacağına gedən yolda tarazlığını saxlamağa kömək edib.

“ICTnews.az” elektron xəbər xidməti “onliner.by” saytına istinadən bildirir ki, qadın mağazanı tərk etdikdən bir neçə dəqiqə sonra saxlanılıb. Belə ki, qəribə bir cütlüyün ləng və çətinliklə hərəkət etdiyi bir şəxsin diqqətini cəlb edib və o, bu barədə polisə xəbər verib.

Hüquq-mühafizə orqanında çalışan əməkdaşın sözlərinə görə, mağazanın müştəriləri tez-tez yubkalarının altında və ya sviterlərində xırda əşyalar oğurlayırlar. Lakin bu hadisə istisnadır.

EMİL



Baxış sayı: 795

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024