12px13px15px17px
Tarix:18/07/11

“Apple” Tayvan HTC şirkəti ilə mübahisədə hüquqi qələbəyə yaxınlaşıb

“Apple” şirkəti cümə günü HTC smartfonlarının Tayvan istehsalçısına qarşı mübarizədə ilk məhkəmə qələbəsinə nail olub. Beynəlxalq Ticarət üzrə Amerika Komissiyasının ilkin qərarında bildirilib ki, HTC “Apple”-ın 10 patentindən ən azı ikisinə hüquqların pozulmasında günahkardır. Ancaq bu hökm hələ son deyil. Çünki qərar komissiya üzvlərinin əksəriyyəti tərəfindən dəstəklənməlidir. Əgər belə qərar “Apple” xeyrinə çıxardılacaqsa, onda bu, Kaliforniya şirkəti üçün “Android” əsaslı smartfon istehsalçılarına qarşı mübarizədə ilk hüquqi uğur olacaq.
"HTC şirkəti komissiya üzvləri son qərar çıxaranadək 2 patentlə bağlı qətiyyətlə mübarizə aparacaq. Biz işi apellyasiyaya vermək niyyətindəyik, bu, hüquq prosesində atılan addımlardan yalnız biri olacaq" - HTC-dən bildiriblər. “Apple” şirkətinin şikayətləri “Google Android” əməliyyat sistemi ilə işləyən digər smartfon istehsalçılarının da diqqətindədir, çünki onlar da həmçinin hüquq təqibinin obyekti ola bilərlər. Daha əvvəl “Apple” “Samsung Electronics” şirkətini məhkəməyə verib. Belə ki, o da “Android” əsasında smartfonlar istehsal edir. “Microsoft” şirkəti də “Motorola”ya qarşı prosesə başlayıb. Səbəb isə “Motorola” şirkətinin “Windows”dan imtina edib “Android” əməliyyat sistemindən istifadə etməsidir.


cybersecurity.ru



Baxış sayı: 1182

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024