12px13px15px17px
Tarix:17/08/12

Yerli bankın “SMS-banking” xidmətinə qoşulma şərtlərində dəyişiklik edilib

Müqəddəs Ramazan bayramı münasibətilə Kapital Bank "SMS-banking" xidmətinə qoşulma şərtlərində dəyişiklik edib. Əgər indiyə qədər bu xidmətə qoşulmaq üçün 3 manat ödəniş haqqı tələb olunurdusa, artıq buna ehtiyac yoxdur.

İndi bu xidmətə qoşulmaq üçün heç bir ödəniş tələb olunmur. "ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə bankın məlumatında deyilir.

Bununla yanaşı, bank ödəniş kartlarının satış qiyməti tariflərini 50 faiz aşağı salıb. Artıq müştərilər Kapital Bankın təklif etdiyi ödəniş kartlarının hər birini cəmi yarı qiymətinə ala bilərlər.

CAHANGİR



Baxış sayı: 892

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024