12px13px15px17px
Tarix:17/08/12

Neft istehsalında texnoloji prosesləri qüsursuz, keyfiyyətlə icra etmək mümkün olacaq

Avqustun 16-da ARDNŞ-nin “Azərikimya” İstehsalat Birliyinin energetikləri Etilen-polietilen zavodunda “Polimir-120” kompleksinin 12-ci sexində 25 ildən artıq istismarda olmuş 6 kilovoltluq yağ açarlarının müasir tipli vakuum açarları ilə əvəz edilməsi işlərinə start verilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, birliyin daxili imkanları hesabına quraşdırılan ilk vakuum açarı sistemə qoşularaq sınaqdan uğurla çıxıb.

Mühafizə sisteminin də etibarlı olduğu yoxlanılıb, yeni vakuum açarı istismara tam hazır vəziyyətə gətirilib. Qeyd etmək lazımdır ki, Etilen-polietilen zavodunun yarımstansiyalarda tətbiq olunması nəzərdə tutulan 26 ədəd vakuum açarı texniki xarakteristikalar əsas götürülməklə birliyin energetiklərinin səyi ilə bir müddət əvvəl tam komplektləşdirilib.

Bu da zavodda aparılan əsaslı təmir işləri dövründə vakuum açarlarının “EP-300” və “Polimir-120” istehsalat sahələrinin texnoloji proseslərinə mane olmadan qüsursuz, keyfiyyətlə quraşdırılmasına əlverişli imkan yaradıb.

SEYMUR



Baxış sayı: 878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024