Tarix:17/08/12
Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı”nda gənclərin potensialının inkişaf etdirilməsi, gənclərin menecment sahəsində fəal iştirakı, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həlli prioritet hədəf olaraq müəyyən olunub.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, müasir gənclik informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə böyüyür və bu, gənc nəsil üçün tükənməz imkanlar yaradır:
“Gənclər gündəlik həyatlarının müəyyən hissəsini kiber aləmdə - müxtəlif veb-səhifələrdə, sosial şəbəkələrdə və s. internetin zəngin informasiya bazasından səmərələnmək və yaxud sadəcə ünsiyyət yaratmaq məqsədilə keçirirlər. Nəzərə alsaq ki, internet istənilən informasiyanı bir anın içində əldə etməyə imkan verir, o, gənclər üçün faydalı olduğu qədər zərərli də ola bilər. Bununla bağlı yadda saxlamaq lazımdır ki, yeniyetmələr qlobal hörümçək torunda mövcud olan aqressiv xarakterli informasiyanın təhdidlərindən müdafiə olunmalıdır.
Bunları nəzərə alaraq, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Kiber yay” adlı layihənin icrasına başlayır. Layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilidir”.
Layihə çərçivəsində keçiriləcək yay düşərgəsində 15-18 yaşlı 40 nəfər gənc iştirak edəcək: “Danılmaz fakt olaraq internet XXI əsrdə elmi, ictimai, siyasi və mədəni sahələrin inkişafına təsir edən, həmçinin fərdlərin bu prosesə cəlb olunmağını təmin edən əsas alətə çevrilib. Buna görə də layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yararlana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da gənclərin internetdən yalnız şəxsi gündəlik məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərin gerçəkləşdirilməsi üçün istifadəsinə nail olmaqdır”.
HƏQİQƏT
“Kiber yay” Gənclər üçün yay düşərgəsi keçiriləcək
Azərbaycanda gənclər yeni texnologiya və qlobalizasiyaya meyilli ideallar, gözləntilər, ambisiyalar və istedadlar üzərində inkişaf edirlər. Bütün dünyada həm elmi, həm də texnoloji nailiyyətləri əsasən gənclər edir, buna görə də gənclərin elmi-texniki yaradıcılığını həvəsləndirmək, yeni ideyaların yaranmasına və ən əsası onların sonrakı tətbiqinə şərait yaratmaq lazımdır.Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı”nda gənclərin potensialının inkişaf etdirilməsi, gənclərin menecment sahəsində fəal iştirakı, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həlli prioritet hədəf olaraq müəyyən olunub.
“ICTnews” elektron xəbər xidmətinə bu barədə Gənclər və İdman Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, müasir gənclik informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə böyüyür və bu, gənc nəsil üçün tükənməz imkanlar yaradır:
“Gənclər gündəlik həyatlarının müəyyən hissəsini kiber aləmdə - müxtəlif veb-səhifələrdə, sosial şəbəkələrdə və s. internetin zəngin informasiya bazasından səmərələnmək və yaxud sadəcə ünsiyyət yaratmaq məqsədilə keçirirlər. Nəzərə alsaq ki, internet istənilən informasiyanı bir anın içində əldə etməyə imkan verir, o, gənclər üçün faydalı olduğu qədər zərərli də ola bilər. Bununla bağlı yadda saxlamaq lazımdır ki, yeniyetmələr qlobal hörümçək torunda mövcud olan aqressiv xarakterli informasiyanın təhdidlərindən müdafiə olunmalıdır.
Bunları nəzərə alaraq, “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Kiber yay” adlı layihənin icrasına başlayır. Layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilidir”.
Layihə çərçivəsində keçiriləcək yay düşərgəsində 15-18 yaşlı 40 nəfər gənc iştirak edəcək: “Danılmaz fakt olaraq internet XXI əsrdə elmi, ictimai, siyasi və mədəni sahələrin inkişafına təsir edən, həmçinin fərdlərin bu prosesə cəlb olunmağını təmin edən əsas alətə çevrilib. Buna görə də layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yararlana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da gənclərin internetdən yalnız şəxsi gündəlik məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərin gerçəkləşdirilməsi üçün istifadəsinə nail olmaqdır”.
HƏQİQƏT
Baxış sayı: 895
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet