12px13px15px17px
Tarix:24/08/12

“Unibank” smartfon sahibləri üçün yeni proqram təqdim edib

"Unibank", populyar "Android" platformasında olan smartfon və planşet sahibləri üçün yeni mobil əlavəni işə salıb. "ICTnews" elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, artıq "İnfoUnibank" mobil proqramının istifadəçiləri, banka gəlmədən, onun xidmətləri, tarifləri və faiz dərəcələri barədə məlumat əldə edə, ən yaxın ödəmə məntəqəsini tapa, eləcə də mobil operatorlar, kommunal və digər xidmətlər üzrə mobil telefonlarından onlayn ödəniş apara bilərlər.

Bankçılıqda müasir tendensiyaları nəzərə alan "Unibank", özünün 20 yaşının tamam olduğu ildə məsafədən xidmət kanallarını genişləndirir və "İnfoUnibank" da bunlardan biri oldu. "Android" bazasında qurulan bu proqramın funksionallığı və interfeysi "Unibank"ın ən yaxın filial, şöbə və ya bankomatını asanlıqla tapmağa imkan verir.

Bundan başqa, hər bir müştəri bank xəbərləri, kredit və depozit kalkulyatorları, valyuta mübadiləsi məzənnələrindən istifadə edə bilər. "İnfoUnibank" vasitəsi ilə bankın telefon mərkəzinə zəng etmək və onlayn məsləhət almaq olar.

Həmçinin qeyd edək ki, bu proqram üç dildə (Azərbaycan, ingilis və rus) həm onlayn, həm də oflayn rejimində işləyir. "Android" platformasında olan mobil telefonlar üçün "İnfoUnibank" əlavəsini artıq məşhur "Google Play" proqram təminatı üzrə internet-mağazasından pulsuz yükləmək olar .

CAHANGİR



Baxış sayı: 1258

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024