12px13px15px17px
Tarix:25/08/12

Kitablar, musiqi əsərləri və dövri nəşrlərin kodlaşdırılması ilə bağlı beynəlxalq təcrübə öyrənilir

Azərbaycan ədəbi nümunələrinin xarici dillərə tərcüməsi, nəşri və yayımını gerçəkləşdirmək məqsədilə bu sahədə xarici ölkələrdə mövcud olan təcrübələri öyrənilir.

 "ICTnews" elektron xəbər xidmətinə bu barədə Mədəniyyət və Turizm Nazirliyinin (MTN) mətbuat xidmətindən məlumat verilib.

MTN-dən bildirilib ki, hazırda Türkiyədə belə bir layihə TEDA (Türkiyə Ədəbiyyatına Dəstək Agentliyi) tərəfindən gerçəkləşdirilir: "Azərbaycan nümayəndələri bu layihənin eksperti Ramazan Sıkı ilə görüşüb, ondan TEDA proqramının icrası və əldə edilmiş nəticələr barədə geniş məlumatlar, müvafiq sənədlər alıblar". 

Eyni zamanda müəllif hüquqlarının alınması və verilməsi, kitabların, musiqi əsərlərinin və dövri nəşrlərin beynəlxalq indeksləşdirilməsi, kodlaşdırılması (İSBN-İnternational Standard Book Number; İSSN - İnternational Standard Serial Number; İSMN-İnternational Standard Music Number) məsələləri barədə türkiyəli mütəxəssislərin fikirləri öyrənilib.  

HƏQİQƏT



Baxış sayı: 935

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024