Tarix:27/08/12
MTN-dən bildirilib ki, iclas zamanı QDİƏT-ə üzv dövlətlərdə viza prosesinin asanlaşdırılması, dövlətlərin turizm sahəsində çalışan əməkdaşları, turizm şirkətləri və təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, davamlı turizmin inkişaf perspektivləri, balneologiya, dəniz, sağlamlıq, spa, yaradıcı və sair kimi turizm növlərinin Qara dəniz regionunda inkişafı, ətraf mühitin regionda qorunması, müvafiq seminarların və treninqlərin təşkili, statistik məlumatların mübadiləsi, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, turizm xidmət səviyyəsinin yüksəldilməsi, marketinq-təbliğat işlərinin gücləndirilməsi, üzv dövlətlərdə təşkil olunan turizm üzrə tədbirlərdə iştirak və digər məsələlər müzakirə edilib.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən 2012-ci ilin birinci yarımilliyi ərzində təsdiq olunmuş iş planı əsasında turizmin inkişafı istiqamətində ardıcıl işlər də görülüb: “Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliğ edilməsi məqsədilə nazirlik tərəfindən bu il İtaliyanın “Classis Association” şirkəti, “Italian Multimedia Group Sri” şirkəti, Cənubi Koreyanın “Educational Broadcasting System” dövlət televiziya kanalının, Rusiyanın “Kommersant FM” radiosunun, “Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsi çərçivəsində Yaponiyanın kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilib. Bundan başqa, ölkəyə giriş məntəqələrində – Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Bakı Dəmiryolu Vağzalında və Dəniz limanında sərnişinlərin çıxış nöqtəsində turizm informasiya mərkəzləri yaradılıb”.
HƏQİQƏT
Birgə turizm informasiya mərkəzi yaradılacaq
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) üzv dövlətlərin birgə turizm informasiya mərkəzi yaradılacaq. Bundan başqa, QDİƏT regionunun vahid brendinin yaradılması da nəzərdə keçirilir. Bu məsələlər cari ildə Serbiyanın Belqrad şəhərində keçirilmiş QDİƏT-in Turizm üzrə İşçi Qrupunun növbəti iclasında qaldırılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Mədəniyyət və Turizm Nazirliyinin (MTN) mətbuat xidmətindən məlumat verilib.MTN-dən bildirilib ki, iclas zamanı QDİƏT-ə üzv dövlətlərdə viza prosesinin asanlaşdırılması, dövlətlərin turizm sahəsində çalışan əməkdaşları, turizm şirkətləri və təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi, davamlı turizmin inkişaf perspektivləri, balneologiya, dəniz, sağlamlıq, spa, yaradıcı və sair kimi turizm növlərinin Qara dəniz regionunda inkişafı, ətraf mühitin regionda qorunması, müvafiq seminarların və treninqlərin təşkili, statistik məlumatların mübadiləsi, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq, turizm xidmət səviyyəsinin yüksəldilməsi, marketinq-təbliğat işlərinin gücləndirilməsi, üzv dövlətlərdə təşkil olunan turizm üzrə tədbirlərdə iştirak və digər məsələlər müzakirə edilib.
Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsi tərəfindən 2012-ci ilin birinci yarımilliyi ərzində təsdiq olunmuş iş planı əsasında turizmin inkişafı istiqamətində ardıcıl işlər də görülüb: “Azərbaycanın turizm imkanlarının xarici ölkələrdə təbliğ edilməsi məqsədilə nazirlik tərəfindən bu il İtaliyanın “Classis Association” şirkəti, “Italian Multimedia Group Sri” şirkəti, Cənubi Koreyanın “Educational Broadcasting System” dövlət televiziya kanalının, Rusiyanın “Kommersant FM” radiosunun, “Yapon turistlərin cəlb olunmasına dair GUAM-ın vahid turizm məhsulu” layihəsi çərçivəsində Yaponiyanın kütləvi informasiya vasitələri nümayəndələrinin ölkəmizə press-turları təşkil edilib. Bundan başqa, ölkəyə giriş məntəqələrində – Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, Bakı Beynəlxalq Avtovağzal Kompleksində, Bakı Dəmiryolu Vağzalında və Dəniz limanında sərnişinlərin çıxış nöqtəsində turizm informasiya mərkəzləri yaradılıb”.
HƏQİQƏT
Baxış sayı: 814
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet