Tarix:27/08/12
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, interaktiv növlü elektron xidmət ödənişsizdir. Sözügedən xidmətdən istifadə məqsədilə internet vasitəsilə sənədləri göndərmək üçün “http://www.eco.gov.az/” internet saytının “Elektron xidmətlər” bölməsinə və yaxud “http://www.ehdis.az/” e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesi həyata keçirilir. Bundan sonra müvafiq fəaliyyət növü seçilir və həmin fəaliyyət növünə uyğun açılan müraciətə tələb olunan sənədlər əlavə edilərək göndərilir.
Sorğu “http://e-xidmet.eco.gov.az/” internet səhifəsinə daxil olduğu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən qeydiyyata alınır və bu barədə, həmçinin sonrakı icrası haqqında istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
Sorğu icra edilməsi üçün məsul şöbəyə təqdim olunur. Sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 10 iş günündən gec olmayaraq ETSN-in səlahiyyətlərinə aid mal və materialların ixracına və idxalına razılığın verilməsi üzrə qərar qəbul edilir (sənədlərə ekspert rəyi alınması müddəti daxil deyildir). Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə 2 iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir.
Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra təkrar təqdim olunan sənədlərin qəbulu barədə ərizəçiyə bildiriş göndərilir, bütün sənədlərə 10 iş günü müddətində baxılır və bu barədə müvafiq qərar qəbul edilir.
Xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən elektron kargüzarlıq vasitəsilə həyata keçirilir.
CAHANGİR
ETSN-in bəzi xidmətləri avtomatlaşdırılıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin səlahiyyətlərinə aid mal və materialların ixracına və idxalına razılığın verilməsi xidməti tam avtomatlaşdırılıb və "Elektron Hökumət" Dövlət İnformasiya Sisteminə (EHDİS) inteqrasiya edilib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, interaktiv növlü elektron xidmət ödənişsizdir. Sözügedən xidmətdən istifadə məqsədilə internet vasitəsilə sənədləri göndərmək üçün “http://www.eco.gov.az/” internet saytının “Elektron xidmətlər” bölməsinə və yaxud “http://www.ehdis.az/” e-hökumət portalına daxil olaraq burada qəbul olunmuş formada avtorizasiya prosesi həyata keçirilir. Bundan sonra müvafiq fəaliyyət növü seçilir və həmin fəaliyyət növünə uyğun açılan müraciətə tələb olunan sənədlər əlavə edilərək göndərilir.
Sorğu “http://e-xidmet.eco.gov.az/” internet səhifəsinə daxil olduğu gün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən qeydiyyata alınır və bu barədə, həmçinin sonrakı icrası haqqında istifadəçinin elektron poçtuna bildiriş göndərilir.
Sorğu icra edilməsi üçün məsul şöbəyə təqdim olunur. Sənədlərdə çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 10 iş günündən gec olmayaraq ETSN-in səlahiyyətlərinə aid mal və materialların ixracına və idxalına razılığın verilməsi üzrə qərar qəbul edilir (sənədlərə ekspert rəyi alınması müddəti daxil deyildir). Təqdim edilmiş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə 2 iş günündən gec olmayaraq ərizəçinin elektron poçtuna məlumat göndərilir.
Ərizəçi tərəfindən çatışmazlıqlar aradan qaldırıldıqdan və çatışmayan sənədlər elektron formada təkrar göndərildikdən sonra təkrar təqdim olunan sənədlərin qəbulu barədə ərizəçiyə bildiriş göndərilir, bütün sənədlərə 10 iş günü müddətində baxılır və bu barədə müvafiq qərar qəbul edilir.
Xidmətin yerinə yetirilməsinə nəzarət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən elektron kargüzarlıq vasitəsilə həyata keçirilir.
CAHANGİR
Baxış sayı: 1023
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet