Tarix:27/08/12
Sözügedən məsələ ilə bağlı açıqlama verən «Azerfon»un baş direktoru Yurgen Pitz bildirib ki, cari ilin sentyabr ayından etibarən rabitə xidmətləri AZAL-ın bir təyyarəsində tətbiq olunacaq, ilin sonunadək isə aviaşirkətin bütün təyyarələrini əhatə edəcək. Lakin bu xidmətlərdən təyyarənin qalxma və enmə prosesi zamanı istifadə etmək olmayacaq.
İstifadə olunacaq xidmətlərə isə danışıq, internet, SMS və digər məsələlər daxildir. Azərbaycanın digər mobil rabitə operatorları da bu xidmətlərdən yararlana biləcəklər. Lakin əvvəlcə onlar «Azerfon»la müvafiq rouminq sazişi imzalamalıdırlar.
Məlumat üçün bildirək ki, AZAL yeni xidmətin tətbiqindən sonra MDB ölkələri arasında ilk dəfə olaraq səmada rabitə xidmətlərinin tam çeşidini göstərməklə digər bir yeniliyə imza atmış olacaq.
Sözügedən xidmətlərdən təyyarə 3-8 min metr hündürlükdə olan zaman istifadə etmək mümkün olacaq. Azərbaycanın süni peykinin orbitə buraxılmasından sonra isə bu şirkətlər sözügedən xidmətdən yararlanmaq üçün Azərbaycanın infrastrukturundan istifadə edə, yeni xidmətdən hətta 35 500 metr hündürlükdə yararlana biləcəklər.
SEYMUR
Gələn aydan etibarən AZAL-ın təyyarələrində mobil telefondan istifadə etmək mümkün olacaq
Bu ilin sonunadək «Azərbaycan Hava Yolları»nın (AZAL) bütün təyyarələrində uçuş zamanı «NarMobile»-ın bütün rabitə xidmətlərindən istifadə etmək mümkün olacaq. "ICTnews.az" elektron xəbər xidmətinin məlumatına görə, bu, AZAL, «Azerfon» şirkəti («NarMobile» ticarət nişanı) və «OnAir» şirkətləri arasında təyyarələrdə mobil rabitə xidmətlərinin tətbiqinə dair imzalanmış müştərək müqaviləyə əsasən həyata keçiriləcək.Sözügedən məsələ ilə bağlı açıqlama verən «Azerfon»un baş direktoru Yurgen Pitz bildirib ki, cari ilin sentyabr ayından etibarən rabitə xidmətləri AZAL-ın bir təyyarəsində tətbiq olunacaq, ilin sonunadək isə aviaşirkətin bütün təyyarələrini əhatə edəcək. Lakin bu xidmətlərdən təyyarənin qalxma və enmə prosesi zamanı istifadə etmək olmayacaq.
İstifadə olunacaq xidmətlərə isə danışıq, internet, SMS və digər məsələlər daxildir. Azərbaycanın digər mobil rabitə operatorları da bu xidmətlərdən yararlana biləcəklər. Lakin əvvəlcə onlar «Azerfon»la müvafiq rouminq sazişi imzalamalıdırlar.
Məlumat üçün bildirək ki, AZAL yeni xidmətin tətbiqindən sonra MDB ölkələri arasında ilk dəfə olaraq səmada rabitə xidmətlərinin tam çeşidini göstərməklə digər bir yeniliyə imza atmış olacaq.
Sözügedən xidmətlərdən təyyarə 3-8 min metr hündürlükdə olan zaman istifadə etmək mümkün olacaq. Azərbaycanın süni peykinin orbitə buraxılmasından sonra isə bu şirkətlər sözügedən xidmətdən yararlanmaq üçün Azərbaycanın infrastrukturundan istifadə edə, yeni xidmətdən hətta 35 500 metr hündürlükdə yararlana biləcəklər.
SEYMUR
Baxış sayı: 675
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı