12px13px15px17px
Tarix:28/08/12

Dünyanın ən nüfuzlu şirkətlərinin reytinqi açıqlanıb

“Nokia” şirkəti 1998-2007-ci illərdə Finlandiya iqtisadiyyatının artımında 25%-lik paya sahib olub. Bu barədə Finlandiya İqtisadi Tədqiqat İnstitutu açıqlama yayıb.
 
Böyük Britaniyanın məşhur “Economist” jurnalı son bir ildə öz ölkələrinin iqtisadiyyatına daha çox nüfuz edən şirkətlərin reytinqini tərtib edib. İlk pillədə “Arcelor Mittal” şirkəti qərarlaşıb. Ötən il onun gəlirləri Lüksemburqda ÜDM-in 161%-ni təşkil edib.
 
İkinci yerdə Mavrikinin “Essar Energy” şirkəti gəlir - 132%. Üçüncü pilləni isə Niderlandın “Royal Dutch Shell” şirkəti tutur - 56%.
 
İlk beşliyi Honkonqun “China Mobile” (34%) və İsveçrənin “Glencore” (29%) şirkətləri tamamlayır.
 
Bundan başqa, Norveçin “Statoil”, Tailandın PTT, Tayvanın “Hon Hai”, Macarıstanın MOL və Finlandiyanın “Nokia” şirkətləri ilk onluqda yer alıb.




Baxış sayı: 822

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024