Tarix:28/08/12
“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, “cash”-in aparatları bankın həm paytaxt, həm bölgələrdəki filiallarında işə salınır. Yaxın gələcəkdə isə bu cihazlar Bakının biznes-mərkəzlərində və “Unibank”ın tərəfdaşları olan ticarət şəbəkələrində quraşdırılacaq.
Alınan yeni avadanlığın İT-testləşdirməsi başa çatdırılıb, “cash”-in cihazlarının interfeysi isə tam olaraq bankın xidmətlərinə uyğunlaşdırılıb. Nəticədə müştərilər operativ surətdə kreditlər üzrə ödənişlərini həm nağd vəsaitlərlə, həm plastik kartlar vasitəsi ilə artıq apara bilərlər.
Bundan başqa, yeni “cash”-in cihazlarının quraşdırılması ilə onlar müxtəlif növ depozit və kart hesablarının artırılması imkanı əldə edəcəklər. Bu zaman bankın kassalarına müraciət etmək zərurəti daha yaranmayacaq, vəsaitlər isə hesablara gün ərzində istənilən məqamda real vaxt rejimində yatırılacaq.
Maraqlıdır ki, “cash”-in cihazlarında digər əməliyyatlar və o cümlədən kommunal xidmətlər və mobil telefonlar üzrə ödənişlər də aparıla bilər.
Qeyd etmək lazımdır ki, yeni “cash”-in cihazlarına yalnız milli valyutada olan pul əskinasları daxil olunur. Buna baxmayaraq, xarici valyutalarda açılan hesablara da ödənişlər qəbul edilir - manat vəsaitləri bu zaman bankın əməliyyat gününə açıqladığı məzənnəyə uyğun xarici valyutalara çevrilir.
CAHANGİR
“Unibank”ın filiallarında “cash”-in cihazları quraşdırılır
«Unibank» nağd vəsaitlərin depozit və kart hesablarını qəbul edən və kreditləri ödəmək imkanı verən müasir tipli “cash”-in cihazlarının quraşdırılmasına başlayıb.“ICTnews” elektron xəbər xidmətinin banka istinadən verdiyi məlumata görə, “cash”-in aparatları bankın həm paytaxt, həm bölgələrdəki filiallarında işə salınır. Yaxın gələcəkdə isə bu cihazlar Bakının biznes-mərkəzlərində və “Unibank”ın tərəfdaşları olan ticarət şəbəkələrində quraşdırılacaq.
Alınan yeni avadanlığın İT-testləşdirməsi başa çatdırılıb, “cash”-in cihazlarının interfeysi isə tam olaraq bankın xidmətlərinə uyğunlaşdırılıb. Nəticədə müştərilər operativ surətdə kreditlər üzrə ödənişlərini həm nağd vəsaitlərlə, həm plastik kartlar vasitəsi ilə artıq apara bilərlər.
Bundan başqa, yeni “cash”-in cihazlarının quraşdırılması ilə onlar müxtəlif növ depozit və kart hesablarının artırılması imkanı əldə edəcəklər. Bu zaman bankın kassalarına müraciət etmək zərurəti daha yaranmayacaq, vəsaitlər isə hesablara gün ərzində istənilən məqamda real vaxt rejimində yatırılacaq.
Maraqlıdır ki, “cash”-in cihazlarında digər əməliyyatlar və o cümlədən kommunal xidmətlər və mobil telefonlar üzrə ödənişlər də aparıla bilər.
Qeyd etmək lazımdır ki, yeni “cash”-in cihazlarına yalnız milli valyutada olan pul əskinasları daxil olunur. Buna baxmayaraq, xarici valyutalarda açılan hesablara da ödənişlər qəbul edilir - manat vəsaitləri bu zaman bankın əməliyyat gününə açıqladığı məzənnəyə uyğun xarici valyutalara çevrilir.
CAHANGİR
Baxış sayı: 881
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet