12px13px15px17px
Tarix:29/08/12

Mark Zukerberq “Facebook”un ən yaşlı istifadəçisi ilə görüşüb

“Facebook” sosial şəbəkəsində təxminən 1 milyarda yaxın istifadəçi qeydiyyatdan keçib. Dünyanın ən böyük sosial şəbəkəsinin ən yaşlı istifadəçisi amerikalı Florens Detlordur və onun 101 yaşı var.

 Florens Detlor “Facebook”un təsisçisi və direktoru Mark Zukerberq və sosial şəbəkənin əməliyyat direktoru Şeril Sandberqlə görüşüb. Resursun rəhbərləri amerikalı Florens Detlorun “Facebook”un ən yaşlı istifadəçisi olduğunu rəsmi olaraq təsdiqləyiblər.
 
Florens Detlor Menlo-Park şəhərində yaşayır, o, “Facebook”da üç il bundan əvvəl qeydiyyatdan keçib. 101 yaşlı amerikalının son statusu "oxumaq üçün yaxşı kitab axtarıram” olub.




 
EMİL




Baxış sayı: 1160

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






28 Mart 2024

27 03 2024