Tarix:29/08/12
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, hazırda İşçi Qrup nəzarət markalarının verilməsi, əqli mülkiyyət hüquqları obyektlərinə beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydalarının hazırlanması və nəzarət markalarının verilməsi ilə əlaqədar daxil olan vəsaitin xərclənməsi ilə bağlı hesabatın dərc olunmasına dair qərar layihələri üzərində iş aparır.
MHA-nın hüquq şöbəsinin müdiri Xudayat Həsənli sözügedən məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, qərar layihələri tamamlanmaq üzrədir və bir daha müzakirə olunaraq razılaşdırmaq üçün aidiyyəti dövlət orqanlarına təqdim olunacaq. X. Həsənli deyib ki, qanun qüvvəyə mindikdən sonra onun icra mexanizmi Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla müəyyən olunacaq.
Qərarlar qüvvəyə mindikdən sonra əqli mülkiyyət bazarında yalnız xüsusi nəzarət markaları vurulmuş malların satışı həyata keçiriləcək. Onun sözlərinə görə, qanun və qaydalar qüvvəyə minənədək istehsal olunan satılan mallara keçid nəzarət markaları vurulacaq.
Bunun üçün keçid dövrü müəyyən olunacaq: “Hazırda keçid dövrünün nə qədər müddət müəyyənləşdirilməsi müzakirə olunur. Keçid dövrü başa çatdıqdan sonra həmin məhsullar da xüsusi nəzarət markaları ilə markalanmalıdır. Nəzarət markalarına müəyyən ödəniş tələb olunacaq, keçid nəzarət markaları isə pulsuz veriləcək”.
SEYMUR
Əqli mülkiyyət məhsullarına keçid nəzarət markaları vurulacaq
Müəllif Hüquqları Agentliyi (MHA) “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə” haqqında qanunun icrası ilə əlaqədar bir sıra qərar layihələri hazırlayıb. Bununla əlaqədar olaraq agentliyin sədri Kamran İmanovun rəhbərliyi altında İşçi Qrup yaradılıb.“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, hazırda İşçi Qrup nəzarət markalarının verilməsi, əqli mülkiyyət hüquqları obyektlərinə beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsi qaydalarının hazırlanması və nəzarət markalarının verilməsi ilə əlaqədar daxil olan vəsaitin xərclənməsi ilə bağlı hesabatın dərc olunmasına dair qərar layihələri üzərində iş aparır.
MHA-nın hüquq şöbəsinin müdiri Xudayat Həsənli sözügedən məsələ ilə bağlı mətbuata verdiyi açıqlamasında bildirib ki, qərar layihələri tamamlanmaq üzrədir və bir daha müzakirə olunaraq razılaşdırmaq üçün aidiyyəti dövlət orqanlarına təqdim olunacaq. X. Həsənli deyib ki, qanun qüvvəyə mindikdən sonra onun icra mexanizmi Nazirlər Kabinetinin təsdiq etdiyi qərarlarla müəyyən olunacaq.
Qərarlar qüvvəyə mindikdən sonra əqli mülkiyyət bazarında yalnız xüsusi nəzarət markaları vurulmuş malların satışı həyata keçiriləcək. Onun sözlərinə görə, qanun və qaydalar qüvvəyə minənədək istehsal olunan satılan mallara keçid nəzarət markaları vurulacaq.
Bunun üçün keçid dövrü müəyyən olunacaq: “Hazırda keçid dövrünün nə qədər müddət müəyyənləşdirilməsi müzakirə olunur. Keçid dövrü başa çatdıqdan sonra həmin məhsullar da xüsusi nəzarət markaları ilə markalanmalıdır. Nəzarət markalarına müəyyən ödəniş tələb olunacaq, keçid nəzarət markaları isə pulsuz veriləcək”.
SEYMUR
Baxış sayı: 792
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet