Tarix:01/09/12
İlklər tarixin sevimliləridir və təbii ki, Nil Armstronq da onlardan biri kimi. Onun Aya qədəm basması Sovetin Qaqarininə cavab idi. O son müsahibələrinin birində "İnsanlar arasında Aydan gələn oğlan kimi tanınmğım mənə ləzzət verir. Düşünürəm ki, biz hər birimiz qəlbimizin dərinliklərində həyatımızın hansısa bir uğuru, parlaq səhifəsi ilə adamların yadında qalmaq istəyirik"- deyə bildirib.
Tarixin sevgisi isə təkrarolunmaz və zalımdır. Lakin tarix dərslikləri var və Nil Armstronq bu dərsliklərdə əbədi olaraq, Aya ilk qədəm basan insan yerində qərarlaşıb.
Nil Olden Armstronq 5 avqust 1930-cu ildə Ohayo ştatının Vapakonet şəhərində dünyaya göz açıb. Uşaqlığı Deytondan bir qədər aralıda məşhur Rayt qardaşlarından birinin doğulduğu yerdə keçib. Armstronq sonralar müsahibələrində bu qonşuluğun onunçün əhəmiyyətindən dəfələrlə söz açıb. Təsadüfi deyil ki, o kosmosa uçarkən, əfsanəvi qardaşların təyyarəsinin pərindən bir fraqmenti də özü ilə götürüb.
Armstronq hələ məktəb illərindən göylərin vurğunu idi. "Məktəb illərində biz yalnız təyyarəçilərdən danışardıq. Arabir qızlardan da söz salardıq"- deyə astronavt xatirələrini bölüşəndə belə söyləyib.
Armstronq pilot vəsiqəsini sürücülük vəsiqəsindən 15 il tez alıb. O, hərbi təyyarəçi kimi Koreya müharibəsində iştirak edib. Xidmət illərində 78 hərbi uşuç yerinə yetirib. Dəfələrlə mükafatlandırılıb.
Nil 3 il hərbi xidmətdən sonra Perdyu unveristetində təhsilini davam etdirib. Müsahibələrinin birində vurğulayıb: "Yaxşı yadımdadır, Koreya müharibəsindən dönəndən sonra kollecdəki yaşıdlarım məni uşaq kimi görünürdülər. Mən hətta onlarla nələr barəsində danışacağımı bilmirdim".
1955-ci ildə NASA-da sınaqçı- təyyarəçi kimi işə başlayan Armstronq 1962-ci ildə astronavtların komandasına qəbul edilir. Belə sevindirici gün onun şəxsi həyatında faciə ilə, qızı Karenin uzun sürən xəstəlikdən sonra ölümü ilə müşayiət olunur.
16 iyul 1969-cu ildə gəmi komandiri Nil Armstronq, Baz Oldrin və Maykl Kollins "Apollon 11" kosmik gəmisində Aya yollanırlar. Ay səthinə qədəm qoyan gəmi komandri yerə məlumat verir: "Hyuston, bu Sakitlik bazasıdır. (Aydakı yerin adı şərti olaraq belədir) Qartal eniş edib". Armstronqun efirdə səslənən daha bir deyimi məşhurdur: "İnsan üçün kiçik bir addım insanlıq üçün böyük bir sıçrayışdır".
Armstronq kosmosa ikinci uçuşundan sonra ora bir daha yollanmadı. Əslində, buna imkan vermədilər. Sadəcə, onu rəmz kimi qorumağa görə.
Ömrünün son illərində o, Çinçinnati unveristetində müəllim işləyirdi. Yetırincə ciddi həyat tərzi keçirir, siyasətdən və mətbuatdan yan gəzməyə üstünlük verirdi.
Nil Armstronq 25 avqust 2012-ci ildə 82 yaşında dünyasını dəyişdi. ABŞ prezidenti onu "Amerikanın məşhur qəhrəmanı" adlandırıb. Seçkilərdə Obamanın rəqibi, respublikaçı Mitt Romni isə vurğulayıb ki, "O öz vətəninə tükənməz sevgi və inamla bağlı idi. İnsan ayağı dəyməyən yerlərdə oun ayaq izləri var".
Çətin ki, belə təmtəraqlı sözlərdən Armstronq fərəh duyardı. Onun ölümü barədə rəsmi məlumatda isə ailəsinin bir təklifi tam təbii görünür. Belə ki, adamlara həmin axşam küçələrə çıxıb aya baxmaları təklif olunur. Axı, yerdən təxminən 400 min kilometr uzaqda yerləşən bu tozlu planetdə bəşəriyyət üçün indi böyük itki sayılan insanın kiçik addımlarının izləri var.
2011-ci ildə Esquireyə müsahibəsində Armstronqun yaddaqalan daha bir ifadəsi isə şox qəribə bir təzadlı təsadüf qarşısında şlyapasını çıxarıb təzim etməkdədir. O, müsahibəsində demişdi: "Astronavtlar şənbə günü ölmürlər. Azından mən belə bir təsadüflə rastlaşmamışam".
Taleyin isə kədərli ironiyası deyir ki, Armstronq haqlı deyilmiş. Çünki o özü dünyasını şənbə günü dəyişdi.
"Astronavtlar şənbə günü ölmürlər"
Taleyin ironiyası - Aya ilk qədəm basan Nil Armstronq şənbə günü dünyasını dəyişdiİlklər tarixin sevimliləridir və təbii ki, Nil Armstronq da onlardan biri kimi. Onun Aya qədəm basması Sovetin Qaqarininə cavab idi. O son müsahibələrinin birində "İnsanlar arasında Aydan gələn oğlan kimi tanınmğım mənə ləzzət verir. Düşünürəm ki, biz hər birimiz qəlbimizin dərinliklərində həyatımızın hansısa bir uğuru, parlaq səhifəsi ilə adamların yadında qalmaq istəyirik"- deyə bildirib.
Tarixin sevgisi isə təkrarolunmaz və zalımdır. Lakin tarix dərslikləri var və Nil Armstronq bu dərsliklərdə əbədi olaraq, Aya ilk qədəm basan insan yerində qərarlaşıb.
Nil Olden Armstronq 5 avqust 1930-cu ildə Ohayo ştatının Vapakonet şəhərində dünyaya göz açıb. Uşaqlığı Deytondan bir qədər aralıda məşhur Rayt qardaşlarından birinin doğulduğu yerdə keçib. Armstronq sonralar müsahibələrində bu qonşuluğun onunçün əhəmiyyətindən dəfələrlə söz açıb. Təsadüfi deyil ki, o kosmosa uçarkən, əfsanəvi qardaşların təyyarəsinin pərindən bir fraqmenti də özü ilə götürüb.
Armstronq hələ məktəb illərindən göylərin vurğunu idi. "Məktəb illərində biz yalnız təyyarəçilərdən danışardıq. Arabir qızlardan da söz salardıq"- deyə astronavt xatirələrini bölüşəndə belə söyləyib.
Armstronq pilot vəsiqəsini sürücülük vəsiqəsindən 15 il tez alıb. O, hərbi təyyarəçi kimi Koreya müharibəsində iştirak edib. Xidmət illərində 78 hərbi uşuç yerinə yetirib. Dəfələrlə mükafatlandırılıb.
Nil 3 il hərbi xidmətdən sonra Perdyu unveristetində təhsilini davam etdirib. Müsahibələrinin birində vurğulayıb: "Yaxşı yadımdadır, Koreya müharibəsindən dönəndən sonra kollecdəki yaşıdlarım məni uşaq kimi görünürdülər. Mən hətta onlarla nələr barəsində danışacağımı bilmirdim".
1955-ci ildə NASA-da sınaqçı- təyyarəçi kimi işə başlayan Armstronq 1962-ci ildə astronavtların komandasına qəbul edilir. Belə sevindirici gün onun şəxsi həyatında faciə ilə, qızı Karenin uzun sürən xəstəlikdən sonra ölümü ilə müşayiət olunur.
16 iyul 1969-cu ildə gəmi komandiri Nil Armstronq, Baz Oldrin və Maykl Kollins "Apollon 11" kosmik gəmisində Aya yollanırlar. Ay səthinə qədəm qoyan gəmi komandri yerə məlumat verir: "Hyuston, bu Sakitlik bazasıdır. (Aydakı yerin adı şərti olaraq belədir) Qartal eniş edib". Armstronqun efirdə səslənən daha bir deyimi məşhurdur: "İnsan üçün kiçik bir addım insanlıq üçün böyük bir sıçrayışdır".
Armstronq kosmosa ikinci uçuşundan sonra ora bir daha yollanmadı. Əslində, buna imkan vermədilər. Sadəcə, onu rəmz kimi qorumağa görə.
Ömrünün son illərində o, Çinçinnati unveristetində müəllim işləyirdi. Yetırincə ciddi həyat tərzi keçirir, siyasətdən və mətbuatdan yan gəzməyə üstünlük verirdi.
Nil Armstronq 25 avqust 2012-ci ildə 82 yaşında dünyasını dəyişdi. ABŞ prezidenti onu "Amerikanın məşhur qəhrəmanı" adlandırıb. Seçkilərdə Obamanın rəqibi, respublikaçı Mitt Romni isə vurğulayıb ki, "O öz vətəninə tükənməz sevgi və inamla bağlı idi. İnsan ayağı dəyməyən yerlərdə oun ayaq izləri var".
Çətin ki, belə təmtəraqlı sözlərdən Armstronq fərəh duyardı. Onun ölümü barədə rəsmi məlumatda isə ailəsinin bir təklifi tam təbii görünür. Belə ki, adamlara həmin axşam küçələrə çıxıb aya baxmaları təklif olunur. Axı, yerdən təxminən 400 min kilometr uzaqda yerləşən bu tozlu planetdə bəşəriyyət üçün indi böyük itki sayılan insanın kiçik addımlarının izləri var.
2011-ci ildə Esquireyə müsahibəsində Armstronqun yaddaqalan daha bir ifadəsi isə şox qəribə bir təzadlı təsadüf qarşısında şlyapasını çıxarıb təzim etməkdədir. O, müsahibəsində demişdi: "Astronavtlar şənbə günü ölmürlər. Azından mən belə bir təsadüflə rastlaşmamışam".
Taleyin isə kədərli ironiyası deyir ki, Armstronq haqlı deyilmiş. Çünki o özü dünyasını şənbə günü dəyişdi.
Baxış sayı: 477
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı