12px13px15px17px
Tarix:03/09/12

İran və Koreya biotexnologiya üzrə əməkdaşlıq barədə razılığa gəliblər

İran və KXDR (Koreya Xalq Demokratik Respublikası) elm və texnologiya, biotexnologiya, bərpa olunan enerji mənbələri, kənd təsərrüfatı və qida texnologiyalarının sabit inkişafı sahələri üzrə sıx əməkdaşlıq haqqında razılığa gəliblər.

“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, saziş İran İslam Respublikasının Elm, tədqiqat və texnologiya naziri Kamran Daneşcu və KXDR-in Xarici işlər naziri Pak I Çun tərəfindən imzalanıb.

Kim Yon Nam İslam Respublikasına prezident Mahmud Əhmədinejadın dəvəti ilə gəlib və İranın paytaxtında cümə günü başa çatmış Birləşməmək Hərəkatı sammitində ölkənin nümayəndə heyətinə başçılıq edib.

Şimali Koreya parlamentinin Rəyasət heyətinin sədri Tehranda İranın mənəvi lideri Əli Xamneyi ilə görüşüb. Əli Xamneyinin fikrinə görə, hər iki ölkə rəqib dövlətlər tərəfindən edilən təzyiq və sanksiyalara baxmayaraq qarşıya qoyulmuş məqsədlərə nail olmalıdır.

 
EMİL




Baxış sayı: 792

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024