12px13px15px17px
Tarix:18/07/11

“Adobe” elektron imza operatorunu alıb

“Adobe Systems” elektron imzaları idarəetmə xidmətini təklif edən “EchoSign” şirkətini əldə edib. Bu barədə “Adobe”nin rəsmi saytında məlumat verilib. Razılaşmanın dəyəri açıqlanmayıb. Bildirilib ki, saziş bağlandıqdan sonra “EchoSign” əməkdaşları, şirkətin baniləri - Ceyson Lemkin və Ceffri Svellinqa daxil olmaqla, “Adobe” şirkətində işləməyə keçəcəklər. “Adobe” şirkəti “EchoSign” texnologiyasını elektron sənədlərlə iş üçün öz platformasının tərkibinə daxil etməyi planlaşdırır. Onlar faylların mübadiləsi üçün nəzərdə tutulmuş “SendNow”, elektron formalarla iş üçün nəzərdə tutulmuş “FormsCentral” və onlayn rejimdə PDF sənədlərin yaradılması üçün nəzərdə tutulmuş “CreatePDF” xidmətlərində istifadə olunacaqlar.
İndi “EchoSign” xidməti istifadəçilərinin sayı 3 milyonu ötür. “Adobe Systems” artıq elektron rəqəmli imzalarla iş təcrübəsinə malikdir. 2010-cu ilin may ayında şirkət “eSignatures” “bulud” xidmətini istifadəyə verib, ancaq o, indiyə qədər beta-versiya rejimində işləyir və “İDG News” bildirib ki, “EchoSign” ilə sazişin rəsmiləşdirilməsindən sonra xidmət bağlanacaq.


lenta.ru



Baxış sayı: 1214

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024