12px13px15px17px
Tarix:03/09/12

Türkiyədə sosial şəbəkə ilə kəbin kəsildi

Qardaş Türkiyədə bu günə qədər görünməyən nikah mərasimi keçirilib. Belə ki, bu mərasim ilk dəfə olaraq internet vasitəsilə həyata keçirilib.

“ICTnews.az” elektron xəbər xidmətinin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbulun Üsküdar bələdiyyəsinin sədri Mustafa Kara dünyanın ən məşhur sosial şəbəkələrinin biri - "Twitter" vasitəsilə Cengizhan Çelikin kəbinini kəsib. Mətbuatın bildirdiyinə görə, "Twitter" vasitəsilə nikah mərasimini həyata keçirən bələdiyyə sədri bəy, gəlin və şahidlərə suallarını verib.

Bəy və gəlinin "hə" cavabları da elə həmin sosial şəbəkə vasitəsilə alınıb. Sədr cütlüklər və şahidlərin cavablarını aldıqdan sonra onların kəbinini kəsib.




SEYMUR




Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024