12px13px15px17px
Tarix:04/09/12

Regionlarda “2D” seysmik işlər üzrə layihə sənədinin icrası ilə bağlı monitorinqlər aparılıb

“2D” Seysmik İşlər üzrə Birgə Tədqiqat üçün Ətraf Mühitin Təsirinin Qiymətləndirilməsi layihə sənədinin  hazırlanması ilə bağlı görülmüş işlər, profil xətləri keçən həssas ərazilərin birgə araşdırılması məqsədi ilə ARDNŞ-in Ekologiya idarəsinin əməkdaşlarının və “ConocoPhillips” şirkətinin nümayəndəsi A.Santenellonun iştirakı ilə cari ilin avqust ayında Şamaxı, İsmayıllı, Qəbələ, Ağdaş, Göyçay və Ağsu rayonlarında monitorinqlər aparılıb.

“ICTnews” elektron xəbər xidmətinin Ekologiya idarəsinə istinadən verdiyi məlumata görə, monitorinq zamanı qeyd olunan rayonların ərazilərindən keçən profillərin üzərində vizual müşahidələr aparılmış, seysmik işlərin həssas ərazilərə mümkün təsirləri, tədqiqat rayonunun mövcud bitki və heyvanat aləmi, torpaq örtüyü və sosial-iqtisadi vəziyyəti barədə “ConocoPhillips” şirkətinin nümayəndəsinə ətraflı məlumat verilib.

Profil xətlərinin keçdiyi sahələrə yaxın yerləşən həssas ərazilərdə bir neçə “Qırmızı kitab” növünün olması müəyyənləşdirilmiş və ərazidə nəzərdə tutulan “2D” seysmik işlərin aparılacağı müddətdə bu məsələyə xüsusi diqqətin yetirilməsinin və bu proseslərdə botanik və zooloqların iştirakının təmin olunmasının vacibliyi qeyd olunub.

 “ConocoPhillips” şirkətinin nümayəndəsi ƏMTQ sənədinin hazırlanması üzrə görülən işlərin mövcud vəziyyətindən razı qaldığını bildirməklə, təqdim olunacaq yekun sənəddə, seysmik işlər aparılarkən ətraf mühitə və sosial sahəyə mümkün bütün mənfi təsirlərin öz əksini tapacağına ümidvar olduğunu bildirib.

CAHANGİR




Baxış sayı: 1045

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024