12px13px15px17px
Tarix:18/07/11

“Android 3.2” əməliyyat sistemi istifadəyə verilib

“Google” rəsmən “Android 3.2” əməliyyat sistemini istifadəyə verib. Yeni versiya internet planşetlərdə iş üçün nəzərdə tutulub, buna görə “Motorola Xoom” kimi qurğu istehsalçıları artıq məhsuldan istifadə edirlər. Yenilikdən, həmçinin “Samsung Galaxy Tab 10.1”, “Acer İconia Tab 500” və “Toshiba Thrive” istifadəçiləri də istifadə edə bilərlər. Qeyd edək ki, 2 gün əvvəl Çinin “Huawei” şirkəti 2 nüvəli çiplə “Android 3.2” ilə işləyəcək şəxsi planşetini elan edib. “Google” şirkətinin özündə 3.2 versiyasını “Android 3.x” əməliyyat sistemi üçün yığma yeniləmə adlandırırlar, buna görə burada hansısa bir inqilabi yenilik yoxdur, lakin “3.x”-da daha əvvəl debüt etmiş tamamlanmış texnologiyalar var. Yeni əməliyyat sistemi üçün istehsalçılar APİ dəstlərini genişləndiriblər, bu da sistemə bu və ya digər planşetlərin kənar əlavələri və müxtəlif funksiyaları ilə daha sıx inteqrasiya olunmasına icazə verir.
Sistemin gözə çarpan yenilikləri arasında müxtəlif ölçülərlə müxtəlif ekranların daha geniş say dəstəyini, yeni “fill-screen” sistemini ( əlavə (proqram təminatı) və nişanların miqyasını böyütməyə icazə verir) fərqləndirmək olar. Həmçinin yeni versiyada sistemə faylları SD-kartlardan yükləmək imkanı yaranıb.


cybersecurity.ru



Baxış sayı: 1163

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024