Tarix:05/09/12
Bununla bağlı yaxın günlərdə TÜRKAK mütəxəssislərinin Bakıya gəlişi gözlənilir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, artıq “AzTEST”-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO/İEC 17021:2011 “Uyğunluğun qiymətləndirilməsi.
İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və auditini aparan orqanlara olan tələblər” standartına uyğun olaraq sənədlər dəstini TÜRKAK-a göndərib: “TÜRKAK Beynəlxalq Akkreditasiya Forumunun (İAF) tam hüquqlu üzvü olduğundan, təşkilat tərəfindən akkreditasiya olunmaqla “AzTEST”-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı tərəfindən verilmiş sertifikatların xarici ölkələrdə tanınması imkanları genişlənəcək.
Məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirmək, müasir iqtisadiyyatın açarı sayılan standartlaşdırmanın çevik və məntiqli, Avropa İttifaqının tələbləri səviyyəsində daha geniş inkişafını təmin etməkdir”.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) 17 iyun 2010-cu il tarixindən milli akkreditasiya qurumu tərəfindən İSO seriyalı standartlar üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqan kimi akkreditasiya olunub. İdarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı mütəmadi olaraq İSO 9001:2008 standartı əsasında “Keyfiyyəti idarəetmə sistemi”nin tələblərinin öyrənilməsi mövzusunda təlimlər keçirir, təşkilatlarda tətbiq olunan “Keyfiyyəti idarəetmə sistemləri”nin sertifikatlaşdırılmasını aparır.
HƏQİQƏT
“AzTEST”-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı akkreditasiya olunacaq
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı Türk Akkreditasiya Qurumu (TÜRKAK) tərəfindən akkreditasiya olunacaq.Bununla bağlı yaxın günlərdə TÜRKAK mütəxəssislərinin Bakıya gəlişi gözlənilir. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Komitədən bildirilib ki, artıq “AzTEST”-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı İSO/İEC 17021:2011 “Uyğunluğun qiymətləndirilməsi.
İdarəetmə sistemlərinin sertifikatlaşdırılmasını və auditini aparan orqanlara olan tələblər” standartına uyğun olaraq sənədlər dəstini TÜRKAK-a göndərib: “TÜRKAK Beynəlxalq Akkreditasiya Forumunun (İAF) tam hüquqlu üzvü olduğundan, təşkilat tərəfindən akkreditasiya olunmaqla “AzTEST”-in İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması üzrə Orqanı tərəfindən verilmiş sertifikatların xarici ölkələrdə tanınması imkanları genişlənəcək.
Məqsəd istehsal prosesinin və istehlakçıların tələblərinə əsaslanan iqtisadiyyatın inkişafına yardım etmək, dünya bazarına keyfiyyətli məhsul çıxarılması prosesini sürətləndirmək, müasir iqtisadiyyatın açarı sayılan standartlaşdırmanın çevik və məntiqli, Avropa İttifaqının tələbləri səviyyəsində daha geniş inkişafını təmin etməkdir”.
Qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Təcrübə-Sınaq Mərkəzi (AzTEST) 17 iyun 2010-cu il tarixindən milli akkreditasiya qurumu tərəfindən İSO seriyalı standartlar üzrə idarəetmə sistemlərinin sertifikatlaşdırılması üzrə orqan kimi akkreditasiya olunub. İdarəetmə sistemlərinin sertifikatlaşdırma orqanı mütəmadi olaraq İSO 9001:2008 standartı əsasında “Keyfiyyəti idarəetmə sistemi”nin tələblərinin öyrənilməsi mövzusunda təlimlər keçirir, təşkilatlarda tətbiq olunan “Keyfiyyəti idarəetmə sistemləri”nin sertifikatlaşdırılmasını aparır.
HƏQİQƏT
Baxış sayı: 1039
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet