12px13px15px17px
Tarix:19/07/11

Yaponların futbol çempionatında qələbəsi “Twitter”də rekord qırıb

Futbol üzrə qadın Dünya çempionatında Yaponiyanın ABŞ üzərindəki qələbəsi iyul ayının 17-də “Twitter” xidmətində rekord partlayışa gətirib çıxardıb. “Twitter”in rəsmi mikrobloqundakı məlumata əsasən, 1 saniyə ərzində istifadəçilər 7196 ismarıc yazıblar. Demək olar ki, eyni nəticə Amerika kubokunun dörddə bir finalında, Paraqvay və Braziliya yığmaları arasındakı oyunun son 15 dəqiqəsində qeyd olunub. İstifadəçilər saniyədə 7166 ismarıc yazıblar.
Keçən il futbol üzrə Dünya çempionatının translyasiyaları, həmçinin o an mikrobloqlarda ismarıcların rekord sayı ilə müşayiət olunub. Final oyunun son 15 dəqiqəsində istifadəçilər saniyədə 2000 ismarıc yazıblar, İspaniya həlledici qolu vurduqda isə 1 saniyə ərzində 3000-dən çox ismarıc yazılıb. 2011-ci ilin may ayında "əl-Kaidə" lideri Üsamə bin Ladenin aradan qaldırılması haqqında ilk xəbərlər çıxdıqda 1 saniyə ərzində 5106 ismarıc dərc edilmişdi.


lenta.ru



Baxış sayı: 794

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024