12px13px15px17px
Tarix:08/09/12

İnsanlar məlumatlarını "bulud" xidmətlərinə etibar edir

"IHS iSuppli" analitik şirkətinin proqnozuna əsasən, 2012-ci ilin sonunadək məlumatların "bulud"da saxlanılması xidmətlərinə abunə olmuş şəxslərin sayı təxminən iki dəfə artacaq və 500 milyona çatacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, məlumatların "bulud"da saxlanılması xidmətlərinin gələcəkdə də populyar olacağı güman edilir. Belə ki, 2013-cü ildə abunəçilərin sayı daha 25 faiz artaraq 625 milyon təşkil etməlidir. 2017-ci ilədək isə bu və ya digər "bulud" xidmətindən  istifadə edən insanların sayı 1,3 milyarda çatacaq.

"IHS" analitik şirkəti "bulud" xidmətlərinin müasir dünyada əhəmiyyətinin artmasını qeyd edir. Məlumatların "bulud"da saxlanılması xidməti göstərən provayderlərin siyahısı çox müxtəlifdir. Həm simsiz rabitə operatorları, həm "Amazon", "Google", "Microsoft" və "Apple" kimi nəhənglər, həm də məlumatların "bulud"da saxlanılması xidməti üzrə ixtisaslaşmış "Dropbox", "Barracuda", "Carbonite" və digər şirkətlərdir.



EMİL




Baxış sayı: 1575

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024