12px13px15px17px
Tarix:08/09/12

Əhali abonentlərinin mənzillərində quraşdırılan “smart-kart” tipli sayğaclar 440 mini ötüb

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi tərəfindən əhali abonentlərinin mənzillərində quraşdırılan “smart-kart” tipli “GULF” və “İTRON” sayğacları artıq 1 sentyabr 2012-ci il tarixə 440 mini ötüb.

“ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən “Azəriqaz” İstehsalat Birliyindən (İB) bildirilib ki, ümumilikdə 1428112 abonent sayğaclaşdırılıb. Bu rəqəmin də 1410579-u əhali (99,9 faiz), 17533-ü qeyri-əhali (100 faiz) istehlakçılarıdır: “Ümumilikdə Bakı şəhəri üzrə 644634 abonent (99,9 faiz), regionlar üzrə isə 783478 abonent (99,9 faiz) sayğaclaşdırılıb”.

Qeyd edək ki, qurumun hazırladığı və icrası 2012-2013-cü illərdə nəzərdə tutulan layihəyə əsasən, digər tədbirlərlə yanaşı, gələcəkdə 463514 ədəd qaz sayğacının, o cümlədən 48145 ədəd “smart-kart” tipli elektron qaz sayğacının, 415369 ədəd mexaniki qaz sayğacının quraşdırılması planlaşdırılır.
 


HƏQİQƏT




Baxış sayı: 1394

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Noyabr 2024

23 11 2024