Tarix:11/09/12
Layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilidir. Düşərgədə 15-18 yaşlı 40 nəfər gənc iştirak edəcək.
“NUR” UGİB sədrinin müavini Fidan Kərimli düşərgənin təşkili ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, müasir gənclik informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə böyüyür və bu gənc nəsil üçün tükənməz imkanlar yaranır.
”İnternet istənilən informasiyanı bir anın içində əldə etməyə imkan verir, o, gənclər üçün faydalı olduğu qədər zərərli də ola bilər. Bu layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yararlana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da, gənclərin internetdən yalnız şəxsi məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərə dəstək verməkdir”.
Açılış mərasimində iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə gənclərə öz məsləhətlərini veriblər.
RƏVAN
Bakıda “Kiber Gənclər Düşərgəsi” təşkil edilib
“Nur” Uşaq və Gənclərin İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 10-12 sentyabr 2012-ci il tarixdə Bakı şəhərində “Kiber Gənclər Düşərgəsi” adlı düşərgə təşkil edib. Düşərgənin açılış mərasimi “Cırtdan” Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzində olub.Layihənin həyata keçirilməsində başlıca məqsəd gənclərin informasiya və telekommunikasiya texnologiyaları və sosial şəbəkələrdən düzgün istifadə üçün lazımi bilik və bacarıqlarla təmin edilməsi və gənclərin asudə vaxtının səmərəli təşkilidir. Düşərgədə 15-18 yaşlı 40 nəfər gənc iştirak edəcək.
“NUR” UGİB sədrinin müavini Fidan Kərimli düşərgənin təşkili ilə bağlı fikirlərini bölüşüb. Bildirib ki, müasir gənclik informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə böyüyür və bu gənc nəsil üçün tükənməz imkanlar yaranır.
”İnternet istənilən informasiyanı bir anın içində əldə etməyə imkan verir, o, gənclər üçün faydalı olduğu qədər zərərli də ola bilər. Bu layihənin başlıca hədəfi internetin təklif etdiyi sonsuz imkanlardan düzgün yararlana bilmək üçün gənclərin zəruri biliklərinin artırılması və bununla da, gənclərin internetdən yalnız şəxsi məsələlər üçün deyil, həm də Azərbaycan həqiqətləri, ərazi bütövlüyü, ölkəmizin təbliği və vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə virtual təşəbbüslərə dəstək verməkdir”.
Açılış mərasimində iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimov, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə gənclərə öz məsləhətlərini veriblər.
RƏVAN
Baxış sayı: 788
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet