12px13px15px17px
Tarix:11/09/12

Şahmat fənninin tədrisi ilə əlaqədar elektron tədris resursları hazırlanıb, məktəblərə çatdırılıb

2012-2013-cü dərs ilində 379 məktəbin II sinfində, 75 məktəbin III sinfində şahmat fənni tədris ediləcək. Bununla əlaqədar müvafiq proqram, dərs vəsaiti, o cümlədən elektron tədris resursları hazırlanıb, məktəblərə çatdırılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, 2012-ci ilin yanvarından hər şəhər və rayonda bir ümumi təhsil məktəbində şahmat fənninin tədrisinə başlanılıb: “Ölkə üzrə fəaliyyət göstərən 375 məktəbdənkənar təhsil müəssisəsində maraq və qabiliyyətlərinə uyğun olaraq 226537 şagird müxtəlif dərnəklərə cəlb olunub.

Onu da qeyd edək ki, Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərinin yetirmələri 2011-2012-ci dərs ilində respublika birincilik və çempionatlarında 315 qızıl, 235 gümüş, 1121 bürünc olmaqla, ümumilikdə 1671 medal qazanıblar. İdman məktəblərinin yetirmələri milli yığma komandaların tərkibində Avropa, dünya birinciliklərində və beynəlxalq turnirlərdə 62 qızıl, 47 gümüş, 92 bürünc medal əldə ediblər”.


 
HƏQİQƏT





Baxış sayı: 1160

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024