12px13px15px17px
Tarix:11/09/12

“Ən yaxşı telefon” “Nokia”dır

“Day.az” media şirkəti tərəfindən təsis olunmuş  “Xalq seçimi N1” müsabiqəsinin qalibləri müəyyən edilib. “ICTnews” elektron xəbər xidmətinin “MobiTel” şirkətinə istinadən verdiyi məlumata görə, təqdimat mərasimində yerli və xarici şirkətlərin nümayəndələri iştirak edib.

http://www.day.az/” portalında “Xalq seçimi N1” müsabiqəsi çərçivəsində aparılan sorğu nəticəsinə görə, alıcılar tərəfindən gündəlik həyatda istifadə olunan ərzaqlar, məişət avadanlıqları, avtomobil və s. arasında üstünlük verilən məhsullar təsbit edilib.

İnternet istifadəçiləri sorğuda interaktiv səsvermə yolu ilə rəylərini bildiriblər. 22 sorğunun nəticəsinə görə, qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıb.

“Ən yaxşı mobil telefon” sorğusunun qalibi isə “NOKİA”  markası seçilərək, “Mobitel” şirkəti  “Xalq seçimi N1” mükafatına layiq görülüb.




CAHANGİR




Baxış sayı: 2190

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 Aprel 2024

25 04 2024