12px13px15px17px
Tarix:13/09/12

Telman Əliyev: “Zəlzələlərin koordinatlarını müəyyənləşdirən vahid sistem yaradılır”

Azərbaycan və ona yaxın bir necə ölkədə zəlzələlərin koordinatlarını müəyyənləşdirən vahid sistem yaradılır.

Bu haqda jurnalistlərə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.

T.Əliyevin sözlərinə görə, zəlzələləri əvvəlcədən proqnozlaşdıran stansiyalar Azərbaycanla yanaşı, Türkmənistan, Özbəkistan, Türkiyə və Ukraynada da quraşdırılacaq və vahid bir server yaradılacaq. Nəticədə regionda seysmik hadisələri əvvəlcədən proqnozlaşdırmaq mümkün olacaq.

Onu da deyim ki, istismarı dayandırılmış neft quyularının üzərində quraşdırılacaq seysmoakustik telemetrik stansiyalar zəlzələləri 15-20 saat əvvəlcədən monitorinq etməyə imkan verəcək.

Hazırda sözügedən stansiyalar Bakının Qum adasında, Siyəzən, Naftalan, Neftçala və Şirvanda fəaliyyət göstərir. Gələcəkdə Naxçıvanda da belə bir stansiyanın quraşdırılması nəzərdə tutulur”.

T.Əliyev gələcəkdə daha bir neçə stansiyanın da quraşdırılaçağını bildirib:“Hazırda mövcud olan 5 stansiyaya baxış üçün dünyanın müxtəlif ölkələrindən 17 seysmoloq dəvət etmişik. Bunların köməkliyi ilə yaxın bir neçə ay ərzində zəlzələlərin koordinatlarını da daha dəqiq demək mümkün olacaq”.




Baxış sayı: 782

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024