Tarix:18/09/12
Mərkəzdən bildirilib ki, “Pan-REC” konfransına dəvət edilənlər sırasına bütün 20 tədqiqat və təhsil mərkəzinin, “CRDF Global”-ın, “Yeni Avrasiya” Fondunun, “Skolkova” Fondunun və “Con D. və Katerin T.MacArthur” Fondunun nümayəndələri daxildir: “Bu sonuncu “Pan-REC” konfransı olduğu üçün “CRDF Global”-ın şəxsi heyəti “BRHE Governing Council”-in keçmiş üzvlərini də dəvət etmək niyyətindədir”. EİM-dən vurğulanıb ki, konfransda iştirak yalnız dəvətnamə ilədir.
Onu da qeyd edək ki, Elmi İnnovasiyalar Mərkəzinin əsas fəaliyyət istiqamətləri Azərbaycanda elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların toplanması və məlumat bazasının yaradılmasıdır.
Bundan başqa, EİM-in əsas vəzifələrinə elmtutumlu sahələrin inkişafı ilə bağlı xarici ölkələrin qabaqcıl texnologiya və innovasiyalarının öyrənilməsi, informasiya, innovasiya və texnologiyaların mübadiləsi sahəsində beynəlxalq əlaqələr yaratmaq və inkişaf etdirmək, elmi-texniki nailiyyətlər sahəsində informasiya və təcrübə mübadiləsini təşkil etmək və aparmaq, respublikada elmin inkişaf istiqamətlərinin, elmi-tədqiqat işlərinin, innovasiya layihələrinin, elmi kadr potensialının ekspertizası, təhlili və proqnozlaşdırılması, marketinqin aparılması, müxtəlif elm sahələri üzrə ümumiləşdirilmiş fondların yaradılması və yayılması, respublikada və xaricdə elm və innovasiya nailiyyətlərinə həsr edilmiş ənənəvi və “elektron” dövri elmi-praktiki nəşrlərin hazırlanması, buraxılışı və yayılması, respublikanın ümumi elmi-texniki informasiya şəbəkəsinin yaradılması və s. daxildir.
HƏQİQƏT
Builki “Pan-REC” konfransı 20-21 sentyabrda Rusiyanın Yaroslav şəhərində keçiriləcək
Elmi tədqiqat mərkəzlərinin növbəti Beynəlxalq “Pan-REC” konfransı 20-21 sentyabr 2012-ci il tarixlərində Rusiyanın Yaroslav şəhərində keçiriləcək. Hər il keçirilən “Pan-REC” konfransında “CRDF Global”-ın (Qrantlar, texniki resurslar, təlim və treninq xidmətləri vasitəsilə beynəlxalq elmi və texniki əməkdaşlığı dəstəkləyən qeyri-kommersiya tipli müstəqil təşkilat) Əsas Tədqiqat və Ali Təhsil (BRHE) proqramı və onun 20 tədqiqat və təhsil mərkəzinin (TTM) birillik hesabatları təqdim ediləcək, mərkəzlər elmi tədqiqat və təcrübələrini paylaşacaqlar. “ICTnews” elektron xəbər xidmətinə bu barədə AMEA Elmi İnnovasiyalar Mərkəzindən (EİM) məlumat verilib.Mərkəzdən bildirilib ki, “Pan-REC” konfransına dəvət edilənlər sırasına bütün 20 tədqiqat və təhsil mərkəzinin, “CRDF Global”-ın, “Yeni Avrasiya” Fondunun, “Skolkova” Fondunun və “Con D. və Katerin T.MacArthur” Fondunun nümayəndələri daxildir: “Bu sonuncu “Pan-REC” konfransı olduğu üçün “CRDF Global”-ın şəxsi heyəti “BRHE Governing Council”-in keçmiş üzvlərini də dəvət etmək niyyətindədir”. EİM-dən vurğulanıb ki, konfransda iştirak yalnız dəvətnamə ilədir.
Onu da qeyd edək ki, Elmi İnnovasiyalar Mərkəzinin əsas fəaliyyət istiqamətləri Azərbaycanda elmi-tədqiqat işlərinin təhlili, elmtutumlu sahələrin inkişafı ilə bağlı qabaqcıl texnologiya və innovasiyaların toplanması və məlumat bazasının yaradılmasıdır.
Bundan başqa, EİM-in əsas vəzifələrinə elmtutumlu sahələrin inkişafı ilə bağlı xarici ölkələrin qabaqcıl texnologiya və innovasiyalarının öyrənilməsi, informasiya, innovasiya və texnologiyaların mübadiləsi sahəsində beynəlxalq əlaqələr yaratmaq və inkişaf etdirmək, elmi-texniki nailiyyətlər sahəsində informasiya və təcrübə mübadiləsini təşkil etmək və aparmaq, respublikada elmin inkişaf istiqamətlərinin, elmi-tədqiqat işlərinin, innovasiya layihələrinin, elmi kadr potensialının ekspertizası, təhlili və proqnozlaşdırılması, marketinqin aparılması, müxtəlif elm sahələri üzrə ümumiləşdirilmiş fondların yaradılması və yayılması, respublikada və xaricdə elm və innovasiya nailiyyətlərinə həsr edilmiş ənənəvi və “elektron” dövri elmi-praktiki nəşrlərin hazırlanması, buraxılışı və yayılması, respublikanın ümumi elmi-texniki informasiya şəbəkəsinin yaradılması və s. daxildir.
HƏQİQƏT
Baxış sayı: 1354
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet