Tarix:18/09/12
S.Orucovun sözlərinə görə, müxalifət düşərgəsi sosial şəbəkələrdə müəyyən qruplar yaradaraq özlərinin həqiqətdən kənar fikirlərini yaymağa çalışırlar: «Təbii ki, biz bu prosesdə seyrçi ola bilmərik. Ona görə də elə onların yaratdığı qruplarda qarşı tərəfə tutarlı cavab veririk».
S.Orucov bildirib ki, YAP-da təmsil olunan gənclər sosial şəbəkələrdə, xüsusilə «Facebook»da qruplar yaradıblar: «Onların sırasında «Azərbaycan 2013: QƏLƏBƏ» qrupu artıq böyük rəğbətlə qarşılanır. Belə ki, bu qrupda ən müxtəlif məsələlər haqda fikirlər bildirilir, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur. Eyni zamanda, ölkəmizin inkişafını əks etdirən bütün məsələlər haqda münasibət açıqlanır. Bir sözlə, bu qrupda birləşən minlərlə insan çox fəallıq göstərir ki, bu da qarşı tərəfin əsassız iddialarına tutarlı cavab verilməsində vacib rol oynayır».
SEYMUR
Seymur Orucov: «Gənclərimiz sosial şəbəkələrdə daim fəal olmağa çalışır»
«Yeni Azərbaycan Partiyasının Gəncləri Birliyi olaraq daim sosial şəbəkələrdə fəal olmağa çalışırıq». “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov adıçəkilən partiyanın rəsmi saytına verdiyi açıqlamasında söyləyib. O deyib ki, radikal müxalifət partiyaları, ölkəmizin inkişafını istəməyən qüvvələr sosial şəbəkələr vasitəsilə Azərbaycan haqqında mənfi rəy formalaşdırmağa çalışırlar.S.Orucovun sözlərinə görə, müxalifət düşərgəsi sosial şəbəkələrdə müəyyən qruplar yaradaraq özlərinin həqiqətdən kənar fikirlərini yaymağa çalışırlar: «Təbii ki, biz bu prosesdə seyrçi ola bilmərik. Ona görə də elə onların yaratdığı qruplarda qarşı tərəfə tutarlı cavab veririk».
S.Orucov bildirib ki, YAP-da təmsil olunan gənclər sosial şəbəkələrdə, xüsusilə «Facebook»da qruplar yaradıblar: «Onların sırasında «Azərbaycan 2013: QƏLƏBƏ» qrupu artıq böyük rəğbətlə qarşılanır. Belə ki, bu qrupda ən müxtəlif məsələlər haqda fikirlər bildirilir, Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət təbliğ olunur. Eyni zamanda, ölkəmizin inkişafını əks etdirən bütün məsələlər haqda münasibət açıqlanır. Bir sözlə, bu qrupda birləşən minlərlə insan çox fəallıq göstərir ki, bu da qarşı tərəfin əsassız iddialarına tutarlı cavab verilməsində vacib rol oynayır».
SEYMUR
Baxış sayı: 918
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet