Tarix:19/09/12
Bu fikirləri “ICTnews.az” elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində adıçəkilən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İlham Məmmədov söyləyib. O bildirib ki, «İşəgötürənlərin hesabatlarının elektron formada təqdim olunması», «İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu», «Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu», «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu», «Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu» elektron xidmət növlərinin ilkin versiyaları da aktiv vəziyyətdədir, lakin bu xidmətlər vasitəsilə müraciətlərin email cavablandırılması, hesabatların alınması kimi işlərin avtomatlaşdırılması üçün müvafiq işlər davam etdirilir.
Rəis müavininin sözlərinə görə, nazirlik tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin effektiv fəaliyyətini təmin etmək məqsədilə bütün texniki məsələlər həll olunub, müvafiq server ayrılıb, elektron xidmətlərin bütün növləri üzrə istifadə olunacaq məlumatlar bazası artıq formalaşdırılıb.
Eyni zamanda, məlumatların mənbəyi dəqiqləşdirilib və bəzi məlumatların nazirliyin daxili məlumat bazası hesabına, bəzi məlumatların isə digər mənbələr hesabına əldə ediləcəyi müəyyən edilərək müvafiq siyahı hazırlanıb: «Elektron müraciət zamanı nazirliyin məlumat bazasında mövcud olan məlumatlar vətəndaşlardan tələb olunmayacaq və bu da vətəndaşların nazirliyə müraciətini sadələşdirəcək».
Hazırda İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə (İAMAS) qoşulma ilə bağlı texniki məsələlərin həlli istiqamətində müvafiq işlərin aparıldığını söyləyən İ.Məmmədov deyib ki, ilkin mərhələdə nazirlikdə qeydiyyata alınan şəxslərin şəxsiyyət vəsiqələri üzrə məlumatların «Giriş-çıxış qeydiyyat» - İAMAS vasitəsilə əldə edilməsi məqsədilə zəruri texniki işlərin görülməsi üçün həmin sistemin istismarı və inkişafı üzrə vəzifələri yerinə yetirən «İdrak Texnoloji Transfer» şirkəti ilə danışıqlar aparılıb: «Gələcəkdə nazirliyin digər dövlət qurumlarının məlumat bazasına qoşulması nəzərdə tutulur. Artıq Vergilər Nazirliyi ilə «onlayn» əlaqə yaradılıb. Vətəndaşların elektron xidmətlərə rahat müraciəti məqsədilə e-Xidmətlər bölümündə qrafik interfeysdən istifadə edilib. Elektron xidmətlər bölümünün hazırlanmasında “MySQL” və “PHP” proqram təminatları tətbiq olunub».
Elektron xidmət bölümü vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təminatı üçün zəruri texniki işlərin görüldüyünü önə çəkən İ.Məmmədov bildirib ki, elektron xidmətlərə kənardan müdaxilənin qarşısını almaq məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında informasiya mübadiləsi üçün istifadə olunan əlaqə xəttinin xüsusi avadanlıq və VPN-tunel vasitəsi ilə şifrələnməsi təmin olunub: «Nazirliyin müvafiq qurumları tərəfindən vətəndaş müraciətlərinin qəbulu, onlara baxılması və cavablandırılmasında elektron imkanlardan geniş istifadə olunur.
Nazirliyin aktivləşdirilmiş elektron xidmətləri üzrə cari ilin birinci yarısı ərzində 1000-dən artıq e-müraciət qəbul olunmuş və onların qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində baxılaraq cavablandırılması təmin olunub. Nazirliyin rəhbər şəxsləri və əməkdaşları üçün e-imza sertifikatlarının alınmasına başlanılmış və artıq nazirliyin Aparatı üzrə 22 nəfər üçün elektron imza alınıb».
Seymur Qasımbəyli
ƏƏSMN elektron xidmətlərə kənardan müdaxilənin qarşısını yeni üsullarla alır
«Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan elektron xidmət növlərindən “Məşğulluqla bağlı, habelə peşə hazırlığı, əlavə təhsil və haqqı ödənilən ictimai işlərə cəlb olunmaq üçün müraciətin və sənədlərin qəbulu”, “Peşə seçimi ilə bağlı onlayn testləşdirmə”, “Məşğulluq orqanları vasitəsilə iş axtarışı”, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru”, “Ünvanlı sosial yardım verilməsi üçün müraciətin və sənədlərin qəbulu”, ”Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator”, “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” kimi xidmətlər artıq tam fəaliyyət göstərir. Onlardan istifadə zamanı elektron formada göndərilmiş sənədlərə qanunvericilikdə müəyyən olunmuş qaydada və 15 gün ərzində baxılır».Bu fikirləri “ICTnews.az” elektron xəbər xidmətinin əməkdaşı ilə söhbətində adıçəkilən nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İlham Məmmədov söyləyib. O bildirib ki, «İşəgötürənlərin hesabatlarının elektron formada təqdim olunması», «İşsizlik statusunun verilməsi və müavinətinin təyin edilməsi üçün müraciətin və sənədlərin qəbulu», «Dövlət sosial təminat xidmətləri üzrə müraciətin və sənədlərin qəbulu», «Əlilliyin müəyyən edilməsi, tibbi-sosial reabilitasiyanın həyata keçirilməsi, protez-ortopedik məmulatların və reabilitasiya vasitələrinin təminatı üçün müraciətin və sənədlərin qəbulu», «Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətinə xüsusi razılığın (lisenziyanın) verilməsi üçün müraciətin və sənədlərin qəbulu» elektron xidmət növlərinin ilkin versiyaları da aktiv vəziyyətdədir, lakin bu xidmətlər vasitəsilə müraciətlərin email cavablandırılması, hesabatların alınması kimi işlərin avtomatlaşdırılması üçün müvafiq işlər davam etdirilir.
Rəis müavininin sözlərinə görə, nazirlik tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin effektiv fəaliyyətini təmin etmək məqsədilə bütün texniki məsələlər həll olunub, müvafiq server ayrılıb, elektron xidmətlərin bütün növləri üzrə istifadə olunacaq məlumatlar bazası artıq formalaşdırılıb.
Eyni zamanda, məlumatların mənbəyi dəqiqləşdirilib və bəzi məlumatların nazirliyin daxili məlumat bazası hesabına, bəzi məlumatların isə digər mənbələr hesabına əldə ediləcəyi müəyyən edilərək müvafiq siyahı hazırlanıb: «Elektron müraciət zamanı nazirliyin məlumat bazasında mövcud olan məlumatlar vətəndaşlardan tələb olunmayacaq və bu da vətəndaşların nazirliyə müraciətini sadələşdirəcək».
Hazırda İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə (İAMAS) qoşulma ilə bağlı texniki məsələlərin həlli istiqamətində müvafiq işlərin aparıldığını söyləyən İ.Məmmədov deyib ki, ilkin mərhələdə nazirlikdə qeydiyyata alınan şəxslərin şəxsiyyət vəsiqələri üzrə məlumatların «Giriş-çıxış qeydiyyat» - İAMAS vasitəsilə əldə edilməsi məqsədilə zəruri texniki işlərin görülməsi üçün həmin sistemin istismarı və inkişafı üzrə vəzifələri yerinə yetirən «İdrak Texnoloji Transfer» şirkəti ilə danışıqlar aparılıb: «Gələcəkdə nazirliyin digər dövlət qurumlarının məlumat bazasına qoşulması nəzərdə tutulur. Artıq Vergilər Nazirliyi ilə «onlayn» əlaqə yaradılıb. Vətəndaşların elektron xidmətlərə rahat müraciəti məqsədilə e-Xidmətlər bölümündə qrafik interfeysdən istifadə edilib. Elektron xidmətlər bölümünün hazırlanmasında “MySQL” və “PHP” proqram təminatları tətbiq olunub».
Elektron xidmət bölümü vasitəsilə aparılan əməliyyatların və fərdi məlumatların təhlükəsizliyinin təminatı üçün zəruri texniki işlərin görüldüyünü önə çəkən İ.Məmmədov bildirib ki, elektron xidmətlərə kənardan müdaxilənin qarşısını almaq məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında informasiya mübadiləsi üçün istifadə olunan əlaqə xəttinin xüsusi avadanlıq və VPN-tunel vasitəsi ilə şifrələnməsi təmin olunub: «Nazirliyin müvafiq qurumları tərəfindən vətəndaş müraciətlərinin qəbulu, onlara baxılması və cavablandırılmasında elektron imkanlardan geniş istifadə olunur.
Nazirliyin aktivləşdirilmiş elektron xidmətləri üzrə cari ilin birinci yarısı ərzində 1000-dən artıq e-müraciət qəbul olunmuş və onların qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində baxılaraq cavablandırılması təmin olunub. Nazirliyin rəhbər şəxsləri və əməkdaşları üçün e-imza sertifikatlarının alınmasına başlanılmış və artıq nazirliyin Aparatı üzrə 22 nəfər üçün elektron imza alınıb».
Seymur Qasımbəyli
Baxış sayı: 887
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Şifrənin əvəzinə gözün quzehli qişası
- Ucqar dağ kəndlərində hər bir ev üçün ADSL
- Yardımlı rabitəsi də TAE xəttinə qoşulacaq
- Səhiyyə Nazirliyindən online nəzarət sistemi
- “B&B TV Naxçıvanda da fəaliyyət göstərəcək
- Ölkəmizdə "nağdsız cəmiyyət” qurulur
- Xınalıqda sürətli internet
- “Xalq kompyuteri” layihəsi kəndlərdə
- Ölkəmizin nəhəng elektron xəritəsi hazırlanacaq
- “AzEuroTel” MMC oldu
- Ədliyyə Nazirliyi elektron xidmətlər köşkü
- Elektron xidmətlərlə bağlı xüsusi bölmə yaradılacaq
- “Nokia” əməkdaşlarını iPhone-dan istifadə etməyə çağırıb
- Aviabiletlərin elektron qeydiyyatı
- AZAL-dan elektron kartla pulsuz bilet