Tarix:19/09/12
Nazirlik bildirir ki, Vergi Məcəlləsinə edilən digər dəyişikliklərə görə isə kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat xarakterli materialların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi vergi orqanları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti formaları sırasına daxil edilib.
Bundan başqa “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu”na edilən əlavələrə əsasən, dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması tələb olunacaq.
SEYMUR
Elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın markalanmadan satışı qadağan edildi
Vergi Məcəlləsinin bəzi maddələrində dəyişikliklər edilib. “ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Vergilər Nazirliyi Analitik informasiya şöbəsi informasiya yayıb. Məlumatda bildirilir ki, dəyişikliklərə əsasən, vergi orqanları tərəfindən kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat xarakterli materialların markalanmadan satışının həyata keçirilməsi aşkar edildikdə, onları siyahıya almaq və məsul saxlamaya qoymaq vergi orqanlarının hüquqlarına aid edilib.Nazirlik bildirir ki, Vergi Məcəlləsinə edilən digər dəyişikliklərə görə isə kağız və elektron daşıyıcılarında dini təyinatlı ədəbiyyatın, audio və videomaterialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat xarakterli materialların markalanmadan və ya saxta aksiz markaları ilə markalanmaqla satılması, satış məqsədi ilə saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi vergi orqanları tərəfindən həyata keçirilən operativ vergi nəzarəti formaları sırasına daxil edilib.
Bundan başqa “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanunu”na edilən əlavələrə əsasən, dərman vasitələri, audiovizual əsərin, fonoqramın, kompyuter proqramının, məlumat toplusunun, kitabın nüsxələri və digər müəlliflik və əlaqəli hüquq obyektlərinin, dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və videomaterialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markası ilə markalanması tələb olunacaq.
SEYMUR
Baxış sayı: 573
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- “Elektron imza” sənəd qəbulunu asanlaşdıracaq
- Google: Microsoft Windows – istifadəçilər üçün işgəncədir
- Qızıl korpuslu İpad
- Hansı soyadı daşıyan telefon abunəçiləri daha çoxdur?
- Apple diskriminasiyaya görə məhkəməyə verilib
- Bakıda nəqliyyatın hərəkəti peyklə idarə olunacaq
- Barak Obamaya məşhur video oyunu hədiyyə edilib
- Hakerlər "Əl-Kaidə"yə pirojna hazırlamağı öyrədir
- Teleaparıcılara Facebook və Twitter-in adını çəkmək qadağan edilib
- “Google Earth” okeanların dibini də göstərəcək
- İşlənmiş batareyaların ətraf mühitə və insan sağlamlığına zərəri
- Mark Sukerberq İT sənayesinin ən varlı insanları siyahısında üçüncüdür
- Cənubi koreyalı yeniyetmələr kompyuter biliyi üzrə liderdirlər
- 2015-ci ilədək elektron pullar nağd pulları əvəz edəcək
- Ən yaxşı mehmanxana saytı